Yoxdur daha sənin gözünün yaşı.Sevincdən ağlanan günlər qurudu,İndi yüz meşəni bir ocağa çat,Tüstüsü ucalmaz, görünməz odu.

Quşlar yaralanıb, uçanda göydə,Torpaq dizi üstə düşüb, ağlayır,Qayaya dayayır sırtını külək,Yağışın yolunu bürkü bağlayır.

Çürüyən ağaclar ölüm qoxuyur,Otların üstüylə salınmır cığır,Buludlar yenə də min şəkil alır,Çaylar əvvəlkitək dənizə axır.

Aləm çaşıb qalıb, hər şey qarışıb,Aşıq yuxusunda kökə gəlmir saz,Kaş ki bircə günlük geri dönəydin,Gözlərin yenə də dolaydı bir az...

1985

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе