Getmə, yaxın durma o daşa,o daşın altında gizlənən əqrəbdənindi qurtarsam səni,sabah o qayadan çıxan gürzəninyolunu kəsə bilməyəcəyəm,uzaqda olacağam bəlkə...Qasırğanı, tufanı döndərib,yatırda bilərəm, ancaqzəlzələnin tilsimimənim əlimdə deyil...Odur, inanma, güvənmə mənə,gedəndə, daşlara, qayalarabaxa-baxa yeri,yatandaqasırğadan, tufandan qorunmuş yerdə uzanvə yuxuya getməzdən əvvəl dua elə,dua elə ki,zəlzələ olmasın bu gecə...1985

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов