Səhər beş oldu, cümlələr
Səhər beş oldu, cümlələr,Gəlin bir nöqtə qoyaq,Yorğan-döşək olan yerəBaxır daha əl-ayaq.
Musiqi də radiodanBir saatdır yox olub,İndi neçə-neçə dildəSəmaya söyüş dolub.
Qoyun-quzu səsə gəlib,İndi örüş vaxtıdır,Peysərimin yastıq iləİndi görüş vaxtıdır.
Gedib bu saat yatmasam,Günüm yarımçıq qalar,Yuxuda məni gözləyən,Bir adama sözüm var...1985
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-seher-bes-oldu-cumleler
Клавиши ← → для перехода, R — случайное стихотворение