Keçmişə əlvida demək olmaz
Keçmişə əlvida demək olmaz,gələcəkləvidalaşa bilər insan ancaq.Alabəzək, qurama,zınqırovlu papağı başındadar ağacından asılmış təlxək kimigörünür mənəbu günlərin hər gülüşü, hər sevinci.Yoruldum, yoruldum bu gün.Heç cürözümün xoşuna gələ bilmirəm yenə.Dilim də gəlmir, nədənsəözümə xoş gün arzulayım...Qapının arasındanbir zolaq işıq düşüb döşəməyə.Elə bil kimsə fanarla işıq salıb,gecə qaranlığının içiyləharasa getdiyimucsuz-bucaqsız səhraya...1985
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-kecmise-elvida-demek-olmaz
Клавиши ← → для перехода, R — случайное стихотворение