O əyri xətt,görümün yolun kəsən sərhəd,“üfüq” adlanır.Deyirlər,yer üzüorda qatlanır,bir dəxəyal, arzuordan atlanır.Azadlığı görür kimsəəyri üfüqdə,kimi məhəbbəti.Ya da sadəcə,soyuducuda bir kilo əti...hərə bir üfüq görür,hər kəsin öz üfüqü.Bəzən doğma, bəzən yad,üfüqlərsə milyard-milyard!Gözlər sanı, gözlər qədər.Gözlər sanı əyri sevinc,gözlər sanı əyri kədər...Bəzənazadlıq axtarılan üfüqdəqarı paltar yuyur, deyinə-deyinə.Bəzənməhəbbət gəzilən üfüqdə,“dahi” nitqini məşq edirnazir,qara frakını geyinə-geyinə.Qarıyla nazirinüfüqbazlar nə vecinə?Qarının gözlərikirli paltarların sayında,nazirin düşüncəsiməclisdə əleyhinə qalxacaqdeputat əlləri sayında.İkisi də öz hayında...İndi mən də,bu uzun şeri yazıram,damağımda siqaret yanır,uzaqdan məni dəkimsə üfüq sanır...

1965

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов