Ömrün qabağında durub
Ömrün qabağında durub,Bilmirəm, qapı hanı?Divarda elan görürəm:“Vse biletı prodanı...”
Gəlmişəmsə, görməliydimAxı mən də dünyanı,Hara dönüm, hara gedim,“Vse biletı prodanı...”
Qapı ağzında illərləKim saxlayır insanı?Əgər ömrün hər anına“Vse biletı prodanı...”
Buz bağlamış minarədənÖlüm deyir əzanı,Allah da keçə bilmədi,“Vse biletı prodanı...”1985
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-omrun-qabaginda-durub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dağdan danışa bilmirəm
Harda qaldı buz bulaqlar,Çağlayıb daşa bilmirəm,
QırmızıBizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı
Dedim, dediDedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani