Oyanma, yuxuda dəniz görürsən
NuşabəyəOyanma, yuxuda dəniz görürsən,Aləmi kirimiş, səssiz görürsən,Görürsən sahilin qumu sarıdır,Yumşaq barmaqların qumu arıdır...
Dənizdə bir qayıq, yelkən görürsən,Dənizi lap səhər erkən görürsən,Görürsən o qayıq yuxuda üzür,Başının üstündə qağayı süzür...
Bu yuxu sənindir, burda nə ki var,Mamırlı qayalar, xəfif dalğalar,Suları qaraldan bulud kölgəsi,Sənə laylay deyən Allahın səsi...
Oyanma, evimiz soyuqdur yenə,Yorğun dəyəcəyəm yenə gözünə,Oyanma, orada dəniz, günəş var,Mənə dəyib sınır şirin yuxular...1998
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-oyanma-yuxuda-deniz-gorursen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Bahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Abşeron bağlarıİsti qum günəşdən alışıb yanır,Talvarda meynələr göyə dırmanır,
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.