Səhər günəş doğmayacaqsa,nə mənası var gecə çıraq yandırmağın?Qaranlığa alışmaq vaxtı yetib bəlkə?

Bəlkə içəridən yanıbişıldamağa başlamışdır gözlərimiz?Kim isə bilmədiyim, eşitmədiyim dildənəsə oxuyur, oxuyur,bilmirəm laylay deyir, ya mərsiyə,kimdən ötrü oxuyur...Yağış yağmayacaqsa sabah,torpağa bu gün dən atmağınnə mənası var?Bəlkə quraqlığa öyrənmək dövrü başlanıb?Bəlkə içimizdən şumlanıb,içimizdən göyərməliyik indən belə?Kimsə çıraq yandırır,kimsə yer şumlayır,günəşə və öküzlərəlaylay deyə-deyə...

1985

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов