Yöndəmsiz bir ümidşeri bütövlükdə də olmasa,misra-misra ölüm ayağınagətirib, çıxara bilərsə,o ümiddən uzaq, uzaq,qan iyi gəlir o ümiddən...Buz dodaqlı arzulardan da uzaq,uzaq, qışın yatağındakı öpüşdən,uzaq, qartək yağan sevincdən,məhəbbət nəğməsi deyən şaxtadan uzaq...Nə olur — olsun,burda ölmək olmaz ümid uğrunda,yaşamaq da olmaz məhəbbət naminə.Uzaq, uzaqölümdən də, ömürdən də indi uzaq,indi şeir yazmaq mövsümüdür burda,misraları bəd ayaqda, qara gündəgəlib bir-bir,üzünə duracaqlarsa da...1985

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов