Qar üstüylə ayı izi,Aparır haraya bizi?Bu payızı çıxıb sona,Gedirik qış yuxusuna.

Ayıyla burun-buruna,Ayıyla qarın-qarına,Verib, bir qış yuxu görmək,Bir qış ayı ömrü sürmək...

Şirin olmaz burda yuxu,Dərin olmaz burda yuxu,Burda yuxlasaq bir az,Oyanmağa həvəs olmaz...

Ömrün bu nəm, əzəl yolu,Yolun üstü xəzəl dolu,Bir də seyrək ay işığı,Qəmlə sevinc barışığı...

Gecə yarı, ömür yarı,Gedirəm dağlara sarı,Xəzəl üstə izim qalır,İzim üstə dözüm qalır...

Burda azsam da nə ayıb,Bu yol özü yol tapmayıb,Ürəyim döyünür rahat,Yaşa, ölüm, yaşa, həyat...1998

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов