Sevinməyə vaxtmı var?
Sevinməyə vaxtmı var?Sevinməyə baxtmı var?Sevinc indi uzaqdır,Sevinc burda yasaqdır,Körpələri demirəm,Burda ən ulu, qədimAbidələr uşaqdır...Sərin deyil yenə də,Yurdda ağac kölgəsi,Yenə dərdə sığınıbAzərbaycan ölkəsi...
1993
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-sevinmeye-vaxtmi-var
Клавиши ← → для перехода, R — случайное стихотворение