Soba qızıb, ey gözlərim,Bir az isinin siz də,İsinməsəz balıq olub,Üzün soyuq dənizdə.

Bura evdir, dörd divarlı,Adi insan yuvası,Burda gözlər buz bağlasa,Donar şükür duası.

Ağ gün, qara gün gözləmək,Əzəl başdan əbəsdi,Yetər, isinin, gözlərim,Qar da deyəsən kəsdi...1998

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов