Ürəyimin qapısı
Ürəyimin qapısıSəhərdən açıq qalıb,Könlüm bu gün ruhumuQovub yollara salıb...
Dərd məni üstələyərSən dadıma çatmasan,Aydınlığa çıxmaramSən qolumdan tutmasan...
Adaları dənizəDeyirlər divlər atıb,Məni bu tənhalığaKaş biləydim kim satıb...
Bu qaranlıq yollardaAzıb itərəm, inan,Bəxtimin tək şamınıSən gəlib yandırmasan...
Dünya Günəşi içir,Quşlar cənuba köçür,Bu əbədi Günəşin,Bu qayğılı quşlarınGözü qabağında bil,Ürəyimdən bir nisgil,Fəqət xoş fikir keçir.İnanmırsansa, gəl bax,Bu mən, bu sən, bu Allah!
1969
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-ureyimin-qapisi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Rəvayətə görə bir dəfə Molla Cuma gəlib çıxır Aşıq Ələsgərinvə şəyirdlərinin yaşadığı bir ocağa. Şəyirdləri görürlər ki,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Tapun kim, canların cananəsidürTapun kim, canların cananəsidür,Bu aşiq can anun cana nəsidür?
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül