Radio, o qadına de,Bir mahnı da oxusun,Nənəm də bu gün dirilib,Küncdə corab toxusun.

Sən yat, qurban olum, külək,Yağış, mən ölüm, sən yağ,Yaddaşıma qonaq gəlibNorveçdə gördüyüm bağ.

Sən də, sevgilim, yuxudanAsta oyan bu gecə,Səssiz gəlib qıraqdan bax,Gör qəşəngəm mən necə.

Bu gün yerdən götürüldümÖmrümün bu çağında,Bir bax, pişik balasıyamAllahın qucağında.

Hayıf, bu gün bir günlükdür,Laylay deyən də yalqız,Vaxt var ikən xoş söz deyin,Miyoldayım bir ağız...

1997

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов