Xəbərlər var,xəbərlərdən xəbərim yox...Bu gün yəqinkiminsə neçə yüz illik məzarınatəzə-tər çiçəklər qoyulub,bir başqası öldüyü üçün yox,meyidi iylənəcək deyəbasdırılıb torpağa...Hardasa açıq-aşkar İlahi qüvvə kimibir dünya gözəli görünüb gözlərə.

Hardasa çirkin bir qadın görkəmişübhə doğurub Allahın varlığına...Kimsə sərxoş olub ağlayıb,kimsə içməyə bir şey tapmadığından.Hardasa ömür güc gəlib ölümə.Hardasa ölüm ömrün kürəyini vurub yerə.Hardasa yenə illər uzunubar gətirmir meyvə ağacları.Hardasa almalar dəyir yulğun budaqlarında.Nələr olmur yer üzündə hər gün, nələr?Xəbərlər var,xəbərlərdən xəbərim yox...

1986

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти