Yenə məni yanar-yanar odlara,Dağılmış ayrılıq saldı, sevdiyim!Mən ha getdim möhnət ilə, dərd ilə,Can sənin yanında qaldı, sevdiyim!

Siyah zülfün buxaq altda qayrılır,Ala gözlər can almağa sayrılır,Canandan ayrılan candan ayrılır,Xalq içində bir misaldı, sevgilim!

Sərv qəddin sənubərə tən deyil,Tamam sənin təkin gülbədən deyil,Dəxi əzəlki tək sən görən deyil,İndi halı yaman haldı, sevdiyim!

Qaşların qurulu yay tək çəkilir,Kirpiklərin dəyir, ciyər sökülür,Danışanda qəndü şəkkər tökülür,Dilin, dodaqların baldı, sevdiyim!

Ol Xədicə haqqı, Səkinə haqqı,Xeyrənnisə haqqı, Əminə haqqı,Kəbə, Məkkə haqqı, Mədinə haqqı,Dərdin bu Vaqifi aldı, sevdiyim!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви