Üzündən ol günəş rüxsar ta məcər çəkib durmuş,Özün bir guşəyə ondan məhi-ənvər çəkib durmuş,Mələkdir övci-əladə, sanarsan, pər çəkib durmuş,Sənubər tək əcəb tərzilə qəddü sər çəkib durmuş,Cəbinində kəman əbrulərin xoştər çəkib durmuş.

Zənəxdan çevrəsində zülfi-müşkəfşanmıdır, yarəb?Gülün yanında yoxsa dəsteyi-reyhanmıdır, yarəb?Bu nazik ləli-ləb ol qönçeyi-xəndanmıdır, yarəb?Sədəf ağzındakı dürdaneyi-dəndanmıdır, yarəb?Və ya sərraf nəzmə bir neçə gövhər çəkib durmuş.

Nihan bir göz ucuylə eylədi nagah, nigah, çeşmi,Məni öldürməyə onun edər sabit günəş çeşmi,Belə pürnazü qəmzə ola bilməz padişəh çeşmi,Zərəfşan tirü müjgan içrə ol şuxin siyəh çeşmiSanasan, rəhmsiz cəlladdır xəncər çəkib durmuş.

Rüxi izhar qılmışdır hərarət, nəm gəlir ondan,Məgər gül bərgidir kim, üqdeyi-şəbnəm gəlir ondan,Məsiha nitqidir, dil dağına məhrəm gəlir ondan,Nəsimi-canfəza hər ləhzəvü hərdəm gəlir ondan,Müsəlsəl türreyi-tərrarinə ənbər çəkib durmuş.

Şirin sözlü cavanın getsə hüsnü, ləzzəti getməz,Şəkər nisbət durur hərçənd qədrü qiyməti getməz,Kəsilməz zövqi, xatirdən səfavü ülfəti getməz,Bu hurü tələtin Vaqif əlindən şövkəti getməz,Mələklər səf dərində ta dəmi-məhşər, çəkib durmuş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе