Balaca mütəfərriqələr 20
– Ağa Dərviş, əhvalını genə pərişan görürəm, nə olub məyər?
– Heç soruşma, kərbəlayı, əhvalım qolaydı.
– Genə nə əcəb, ağa Dərviş?
– Soruşma, atam, fələk kəcrəftar işləri zay etmək xəyalına düşübdür.
– Demək, baz həm bətəvilə, hmmm?
– Bəli də, hürriyyət mürəxxəs olmaq istəyir.
– Bu yaxşı olmadı ki...
– Nəinki yaxşı olmadı, hətta deyəsən qabaqda cəng görünür, fərar görünür. Rəhmim müsəlman qardaşlara gəlir, qeyriləri həmçinin. Bu işlər bir yandan, müsəlman və erməni arasında olan divanə cəngi-milli bir yandan məni dərdü qəmə aludə ediblər. Olmuşam bədbəxt, yemək yox, içmək yox.
– Səbr etmək gərək, ağa Dərviş, Allah kərimdir.
– Nə səbr, atam, gözəl vətən qanına qəltan olub, insan dönüb bir yırtıcı heyvana, ac-susuzlar dünyanı götürüb başına, hər qədəmdə ah-nalə, məgər səbr etmək olur?
– Ağa Dərviş! Deyirlər el dərdi çəkənin gözlərinə qan damar, mənim sənə rəhmim gəlir.
– Kaş kor olaydım, kərbəlayı, belə müsibətləri görməyəydim. İnsan adını qoyub yaranmışların tacı, bir bu taca bax, tar-mar olan şəhərlərə bax, hər iki tərəfdən qırılan qardaşlara, yetim qalan tifillərə bax... Mərhəba belə taca!
– Əlimizdən nə gəlir, ağa Dərviş?
– Yer üzündə cənnət mümkündür hərgah rəhm olsa, insaf-mürüvvət olsa, vicdan olsa.
– Əgər olsa. Elə orası çətindir, ağa Dərviş,
– Dövlət sahibləri sandıqları üstə əyləşib, “yaxın gəlmə”, deyib çağırırlar. Ey biçarə, səxavət ləzzətindən məhrum bədbəxtlər...
– Genə pul cəhəti başladın, ağa Dərviş?
– Münacatdan bixəbərlər, eşidiniz!
Ey dust, çera dər in cəhan bixəbəri,
Hər ruzü şəban dər tələbi simü zəri.
Sərmayeyi-tü dər in cəhan yek kəfənəst.
Ura ki, güman nist bəri, ya nəbəri.
– Kim eşitməyib bu münacatı, kimə onun indiyə kimi əsəri olub? Nahaq sözlərdi buyurursan, ağa Dərviş!
– Kərbəlayı! Kifayətdir, qoy dərdimi tək çəkim...
– Bu gün sənə yaxın gəlməli deyil, xudahafiz.
– Rahəti nist dər on xanə ki, bimari həst. Xoş gəldin.
“Həyat” qəzeti, 8 dekabr 1905, №115
Kitabxana.az · https://kitabxana.az/ru/works/vezirov-balaca-muteferriqeler-20
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əhvalat vaqe olur Əbdürrəhman bəyin otağında. Əbdürrəhman bəy kürsü üstə əyləşmiş, qabağında stol, stolun üstündə bir stəkan çay, əlində qəzet. Xırda xanım döşəkcə üstə əyləşmiş, dalında püştə.*Xırda xanım**. Xudavənda, görəsən, mənim kimi də dünyada bədbəxt varmı? Qumun, torpağın sayı var, hesabı var, mənim dərdimin hesabı yoxdur. Az qalıb ciyərim od tutub yana... Daş doğaydı mənim əvəzimdə dərin yatmış anam... İçərim özümü yandırır, çölüm özgəni... Xırda xanım budu getdi, Xırda xanım odu getdi... Xırda xanım Əbdürrəhman bəy arvadı. Bəli, bəxtəvər başımıza, ağrım Xırda xanıma da, onun ərinə də... ah, ah!..
İkinci məclisXırda xanım və yerində əyləşmiş... Əbdürrəhim daxil olur.*Xırda xanım**. Əbdürrəhim, necə oldular?
Üçüncü məclisƏhvalat vaqe olur İskəndər bəyin mənzilində. İskəndər bəy ayaq üstə durub stol yanında və stolun üstə kitab. Kitaba baxıb fıştırıq çalır.*İskəndər bəy** (sağ əlinin dal tərəfin kitaba bərk vurub). Möhkəm dostum, əziz dostum, bitəməh dostum, bihəsəd, xalis dostum! Təklik yoldaşı, dərd-qəm yoldaşı, baqi dostum... Pərvərdigara, şükür, gündə min kərə şükür sənə ki, mən kimi yetimi bu məqama gətirdin və məni tamam dünyanın ağıl və kamal sahiblərilə həmsöhbət etdin. Şükür, min kərə şükür!..
Dördüncü məclisƏhvalat vaqe olur Xırda xanımın otağında. Xırda xanım döşəkcə üstə əyləşmiş, püştə dalında.*Xırda xanım**. Bu gecə heç yatmamışam, sabaha kimi fikirdə olmuşam. İndi başım yerində durmur, guya ki, mənim deyil... Bol xəyalat eləmişəm. Bir neçə vaxt iş düzəldib toy fikrinə düşmüşəm. Sonra Pərini götürüb Səkinənin evinə qonaq getmişəm. Bir neçə vaxt iş düzəlməyib hirsimdən ağlamışam... Xülasə, çox bədxab oldum... İndi sabah açılıb, görək Allah nə istəyir. Pəri, Pəri. (Çağırır. Pəri gəlir.)
Стихи других поэтов
Babat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
BəsdiCana gəldim bu hicrandan, hicrətdən,Nəhayət, son həddə çatmışam, Bəsdi.
NeynirəmAğlayıb göz yaşın leysan eyləmə,Yad dərib iyləyən gülü neynirəm?
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən