– Ağacun!

Duş budəm dər xərabətəm güzar,
Çəngü ney didəm ki, minalid zar.
Çün şənidəm naleyi-in hər dü yar,
Bərmən aməd giryeyi-biixtiyar.

– Mövlayi-mən!

Xirqəvü səccadəra dadəm bemey,
Əzxərabət amədəm xümmarvar.

– Pəh, pəh! Pəh Fədayi-hal, ağa Dərviş, nə gözəl!..

– Əyləş, kərbəlayı, əyləş, mənim şadlıq və həm qüssə yoldaşım! Hürriyyətin cilvə etməsi, əmələ gəlmək sədası qulağıma çatıbdır, ruhum təzələnib.

– Şükür, səd həzar şükür, xudaya. Cəhalət, xudahafiz, xoş gəldin.

– Uzun çəkməz, kərbəlayı, yox olar aramızdan şərarət, xətakarlıq, əmələ gələr insaniyyət; elm, tərbiyət, rəhm, insaf!

– Boşalar həbsxanalar, müsəlman qardaşlardan bundan sonra heç kəs deyə bilməz qolum qüvvətlidir, ağa mənəm! Belədir, ağa Dərviş?

– Fəhminə qurban, kərbəlayı, belədir, vay bədrəftarın halına, sağ olsun camaat divanı, yox olsun xudpəsəndlik, şərarət! Yığılınız meydana millət-vətənpərəstlər, məqami-insaniyyətdir! Məqami-elm və tərbiyədir. Yaşasın hürriyyət, cəhalət düşməni, insaniyyət yoldaşı!

– Ağa Dərviş, bu tufan arasında, ah-nalə göydə gəzəndə bir ləfzi “Hürriyyət” gör səni nə hala salıb. Fədayi-hal, ağa Dərviş!

– Qadir olsaydım, kərbəlayı, cəmi həmdərdləri bağrıma basardım. Sağ olsun çalışanlar, yaşasın insaniyyət!

– Ağa Dərviş! Novruz rəsid şüd gülüstan imruz.

– Xudaya! Müsəlmanlar artdıqca, nuri-maarif istərəm.

– Ağa Dərviş! Bayram etməli.

– Necə məgər, necə məgər!..

– Belə olanda buyur, qurban sənə, bir qədər küftəbozbaşım var.

– Ağacun!

Sər ki nə dər rahi-əzizan büvəd,
Bari-giranəst kəşidən beşod.

“Həyat” qəzeti, 1 dekabr 1905, №111

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əvvəlinci məclis

Vaqe olur Məcidin dükanında. Məcid əyləşib yerdə, hesab çəkir.*Məcid**. Otuz yeddi manat, qırx altı manat yarım, iki yüz on iki manat... İki yüz on iki manatlıq parça satmışam kimə? Səfdərqulu xanın oğlu Səfiqulu xana... Heç deyinən, kişi, ağlına gəlirmi ki, mənim bir belə borcum var? Əstəğfürullah! Mən bundan sonra qələt elərəm nə xana, nə bəyə nisyə mal satmaram, vəssalam.

6 мин
İkinci məclis

Vaqe olur Mirzədadaşın otağında. Gülcahan əyləşib palaz üstündə, corab yamayır. Bir az keçəndən sonra hövlnak Mirzədadaş daxil olur.*Mirzədadaş**. Arvad, dur ayağa. Gör nə gətirmişəm? İki dəst paltar sənin üçün, iki dəst libas özüm üçün.

3 мин
Üçüncü məclis

Vaqe olur məhkəmə otağında. Baş tərəfdə səndəl və miz, divanbəyi əyləşməyib. Kətillər (skamyalar) şikayətçilər, şahidlər və tamaşaçılar üçün. Fərraş Məmmədəli əlində əski səndəli və mizi təmizləyir.*Məmmədəli** (tək). Cənabi-divanbəyi bir quruş məvacib vermir. Ancaq onu bilir ki, qoy Məmmədəlinin canı çıxsın, hər nə var, mənim olsun... Gədə, bəs mən insan deyiləm? Yemək-içmək istəmirəm, pədər süxtə! Bizim camaat da belə bərk köpükpərəstdirlər ki, itlik etməsən, adama bir zəqqum da vermirlər. Mən də ki, bir gün tiryək olmayanda dünyayi-aləm başıma aylanır. (Qapı döyülür) Oğlan, kimsən?

6 мин
Ağıçı

Ağıçı Bədircahanın evi şəhərin qiblə tərəfində, qayanın üstündə, çox basəfa olan yerdədir. Evinin qabaq tərəfi eniş dağdır, dal tərəfi şəhərə baxır. Həməvəq sərincə yel əsər. Yaz fəsli dağın çiçəklərinin iyin gətirir. Dağın dibində yaxşı bulaqlar var. Bulaqların üstə həmişə növbət gözləyən qız-gəlinlər əllərində səhəng görmək olur. Qabların su ilə doldurub, bir az zarafat edib, səhəngi atırlar çiyinlərinə, kəklik kimi dırmanırlar dağ yuxarı.Bədircahanın evinin sağ tərəfində, qayanın ortasında üç kaha var, çox dərin. Belə deyirlər ki, guya o kahalar cin və şəyatin ovlağıdırlar. Hər gün o kahalara cavan oğlanlar ətləs arxalıq, mahut çuxa dolurlar. Ora nə səbəbə gedirlər, onu bilərik öz yerində. Bədircahanın evinə dürüst olur koma demək, çünki bir otaq, bir sandıqdan suvay qeyri təmirat yoxdur.

18758 мин

Стихи других поэтов