Təbriknamə

– ...Ağa Dərviş! Sənə bir dilgüşad, ruhpərvər müjdə versəm, mənə nə şəfaət edərsən, de görüm?!

– Hər nə ki, sənin kefindir, kərbəlayı, buyur, bax mənim bu gözlərim üstə.

– Bəs elə isə di çıxart... tez! Hmm.

– Kərbəlayı! Yoxsa Məkkə yolu tamam olub?

– Xeyr o deyil...

– İranda qanun büsatı...

– İranda qanun büsatı?! Nə söyləyirsən, ağa Dərviş? Qələm çək!..

– Yapon islamı qəbul edib?..

– Allah eləsin, amma o deyil.

– Osmanlıda məclisi-ictimai açılıb...

– Uzaq getmə, tez ol görüm!.. Hmmm.

– Bəlkə, kərbəlayı, hürriyyətdən xeyir xəbər var?

– Top-tüfəngdən xəbər var. Hürriyyət, deyəsən, giriz vurur.

– Əfsus.

– Kifayətdir, ağa Dərviş, çıxart görüm...

– Bildim, kərbəlayı, “İrşad”...

– Əlhəmdülillah ki, bildiniz... di çıxart... İncitmə, çıxart deyirəm.

– Kərbəlayı! Sücud kəşkülümə. Dinmə, qalanı qurbandı sənə.

– Yerdə dəxi nə qaldı xanəxərab?.. Bir həsir, bir Məmmədnəsir.

– Könlündən, lotu, deyəsən zağlı manat keçir? Buyur.

– Səxavətinə fəda, ağa Dərviş... Urra...

– Urra, kərbəlayı, urra!.. İndi bilirsən nə var, kərbəlayı? Mən dua edəcəyəm, sən də amin de.

– Necə amin deyəcəyəm məgər, ürəyimin ortasından.

– Xudaya pərvərdigara! “İrşad” kəndlərimizdə oxunsun...

– Amin!

– Qareləri günü-gündən çoxalsın.

– Amin!

– Şad eləsin bizləri, gün-gündən ucalsın!

– Amin!

– Sünni-şiə söhbəti aralıqdan götürsün!

– Amin!

– Müsəlmanı ayıltsın, cəhalətdən qurtarsın!

– Amin!

– Qeyrilərə yetirsin, mətləbinə çatdırsın!

– Amin!

– Çox yaşasın mühərrir, “İrşad”ında çalışsın!

– Amin!

– Kifayətdir, kərbəlayı. Getdim dövrə, tab gətirə bilmirəm.

– Get, dərviş, Allah sənə yar olsun...

Saqi, nə olub dərvişə, bir badə gətirməz?
Gül fəslidir, səd heyf, bu əsnadə gətirməz!

“İrşad” qəzeti, 23 dekabr 1905, №5

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Mənim sevgili, əziz müəllimim Həsən bəy!

“Həyat”ın 117-ci nömrəsində Bakıda müsəlman teatrının binası barəsində yazdığınız məqaləni oxuyub artıq təəccüb etdim... Məqalədən belə görünür ki, guya Bakıda müsəlman teatrının əvvəl binasını siz cənab qoymusunuz... İxtiyarınız var mənim canıma və malıma... Bunu özünüz çox yaxşı bilirsiniz və mənim cəmi yoldaşlarım və aşinalarım bilir mənim sizə olan ixlasımı. Amma ancaq... fəda olum sənə, Həsən bəy! Mənim millətə olan qulluğumu puç etmək ixtiyarını mən heç kimə verə bilmərəm, çünki mən tamam ömrümdə millətə etdiyim xidmət mənim üçün tamam ömrümdə əvvəl və axır bir təsəllidir. Bu təsəllini mənim əlimdən almaq mənim üçün böyük zülmdür...Teatrın binasını mən qoymuşam... Hərçənd teatr binasını etmək təklikdə özü bir böyük xidmət deyil millətə, amma çünki biz müsəlman çox yetim olmuşuq və cəmi məxluqdan geri qalmışıq, ona görə bu bir balaca işin binasını kasıblıqda böyük dövlət hesab edib, ondan əl çəkə bilmərəm...

2 мин
“Ölülər” haqqında rəy

“Ölülər”dən alınan təsir tamdır. Bu əsərdə olduğu kimi cahil şeyxlərin təəssüb və şarlatanlığı heç bir zaman qamçılanmamış və qamçılana bilməzdi də. Yalnız şeyxə müqabil çıxarılan kefli İskəndər, məncə, əsərdə olduğundan ziyadə şeyxi tərzil etməli, hiylələrini daha şiddətlə üzünə vurmalı idi. Fəqət təkrar edirəm ki, “Ölülər” draması həyatdan alınmış, iqtidarla yazılmış, tam təsir bəxş edən bir əsərdir.“Açıq söz” qəzeti, 1 may 1916, №173*

1 мин
“Ölülər”

Cümə günü Tağıyev teatrında oturdum və “Ölülər” pyesinə diqqətlə baxdım. Pyesin əsas qəhrəmanları – bir tərəfdən təhsilli müsəlman, kefli İskəndər, o biri tərəfdən “ölüdirildən” Şeyx Nəsrulladır ki, onu şeyxin möcüzəsinə inanan, hər dəqiqə əlini və ayağını öpən avam camaat əhatə edir... Camaat öz yaxın adamlarının diriləcəyinə inanır.Sarsıdıcı və eyni zamanda çox kədərli bir mənzərə.

1 мин
Teleqram

Öz qayeyi-amalı kimi millətinin zehnində də əbədi qalan millət şairi və müəlliminin ziyasını ürəyimin ən dərin guşəsində hiss edirəm.“Sədayi-həqq” qəzeti, 8 fevral 1915, №29*

1 мин

Стихи других поэтов