Üzüm tutdum sərvət əhlinə, əlaman etdim: Qardaşlarım! Yazıq balalarımız elmsiz, tərbiyəsiz küçələrdə bisərü pa qalıblar, kömək ediniz, qoymayınız ki, payimal olsunlar... Süründüm əsnaf qapısına, səsləndim: ay yoldaş, gəldim; tüccarə yalvardım: atam, rəhminiz gəlsin millətə, qoymayınız ayaq altında qalsınlar. Nalə etdim ki, ay qardaş:

Qonşu köçdü, biz qaldıq,
Aman ellər, ay ellər!
Yaman günə biz qaldıq,
Fəryad ellər, ay ellər!

Qəbristana rast gəldim... Səsimə səs verən olmadı, ciyərim odlandı. Zülmətə rast gəldim, ah-naləm asimana bülənd oldu.

Xülasə:

Yetişdim bivəfa dünyadə qəmdən cana, ya mövla,
Nə hasil canə yetdim, yetmədim canənə, ya mövla.

Görmədim o məqamı ki, balalarımız bu lütlər kimi məktəbləri əhatə etsinlər, çatmadım arzuma... Dedim: el ilə gələn vaya el də gərək əlac etsin... Amma eləməz, xabi qəflətdə yatıbdır... Nə edəsən, kimə yalvarasan? Haraya gedəsən?

Bəhər tərəf ki, nikəmeykəti biyaban əst...

Get, ağa Dərviş, üzünü tut pərvərdigarın dərgahına, dərdlərə əlac ara...

“Yeni İrşad” qəzeti, 6 sentyabr 1911, №7

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов