Gəl qələm götürüb, qoşa saz tutaq.Süsənlər, sünbüllər, güllər bizdədir;Gecələr qoynuna ay qonaq gələnSonası çığrışan göllər bizdədir.

Bizim dünyamızda gülür gözəllik,Deyir bu mahnını bülbül və kəklik.Yazın səhər vaxtı güllük, çiçəklik,Ürək sərinlədən yellər bizdədir.

Elləri sevmişdir könlüm əzəldən,Nə çıxar uydurma şerü-qəzəldən?Aldım ilhamımı min bir gözəldən,Ucu tər cığalı tellər bizdədir.

Aşıq, bu yerləri sən xəbər alsan,— Ayıldı dünyanın şöhrəti insan.Zülmün, qaranlığın qəbrini qazanKürəklər, külünglər, bellər bizdədir.

Nə xoşdur ellərin şirin avazı,Güldü ölkəmizin çiçəkli yazı.Şairin qələmi, aşığın sazı.Bülbülü mat qoyan dillər bizdədir.

Bu yeni aləmi duyduqca ürək.Göylər də sevinir gülümsəyərək.Bir böyük bağ olur hər şitil, tənək.Bu quran, yaradan əllər bizdədir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе