Bizim dağların
Dün oxdum şerini, düşdü yadımaGülümsər dövranı bizim dağların.Oxudum ki, yoxdur sizin yayladaGülü, gülüstanı bizim dağların.
Bilməm kaç əsrdir yaranmış durar,Cansız cəsədlərə dirilik urarSəhər irişincə* bin† nəğmə qurarŞahbazı, tərlanı bizim dağların.
Əlvan çiçəkləri saralmaz, solmaz,Baxdıqca onlara konüllər doymaz,Çeşmələr başından heç əskik olmazZurna-balabanı bizim dağların
Ətrafı taladır, ceyran yuvası,Ruhları məst edər sərin havası,Sizin yerdə olmaz, onun səfası,Cənnətdir hər yanı bizim dağların.
Yasəmənlər, gül reyhanlar ocağı,Bizim dağlar bir təbabət qucağı,Dişləri göynədən soyuq bulağı,Genişdir meydanı bizim dağların.
Bir-birindən gözəl vardır meşəsi,Səs versən, səs salar hər yana səsi.Qazanar hər kəsdən sevinc həvəsiÇölü, biyabanı bizim dağların.
Qoyun, quzu bir-birinə qarışar,Qulplu qazanlardan qatıqlar daşar.Böylə həyat içrə yüzdən cox yaşarZəhmətkeş dəliqanı bizim dağların.
Bəslədiyi kök quzulardan kəsər,Bolluq içrə ömür sürər sərbəsər.Boynun əyib çeşmələrdən su içərMaralı, ceyranı bizim dağların.
Xırdaca-xırdaca yağar yağışlar,Xəstə Vurğun bu dövranı alqışlar.Möhtərəm qarelər* məni bağışlar,Cavandır yazanı bizim dağların
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-bizim-daglarin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bəzən o insanı düşündükcə mən,Titrədir canımı dağlar ruzigarı;
Sevgilimin qılığıGecə cansız, gecə sakit, gecə lal!Nə qədər uçsa da uçduqca xəyal.
Dəniz gəzintisiSevgilim, gecənin rənginə bir bax!Sayrışan ulduzlar göz kimi parlaq.
Çənə söhbətiQapılar bağlanır, gecə yarıdır,Gəzir pəncərəmin qabağında ay.
Стихи других поэтов · О природе
O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Məktəb yollarıGüllərə, kollara dolaşan izimÇəkərdi dalınca düşüncələri.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Cövri-rəqib, sərzənişi-əhli-ruzigarCövri-rəqib, sərzənişi-əhli-ruzigarQoymaz qılam bu dərdi-dili yarə aşikar.