Həyata doğru
Yetər! Yetər artıq boş əyləncələr,Can almaq vaxtıdır bu gün xilqətdən...Günəşli gündüzlər, aylı gecələr,Bir ağızla deyir: yaz təbiətdən!
Yetər telli sazlar, şikəstə "ney"lər,Bu nalələr bizi dağıdar, eylər.Yetər, zənn edirəm xəyali şeylər,Bir az da bəhs edək biz maddiyyatdan.
Uyduq əzəl gündən hər xəyala biz,Buludlarda söndü hissiyyatımız...Boğuldu dərdlərlə kainatımız,Qayə bunlarmıdır incəsənətdən?
Yetər vaxt itirmək təranələrlə,Yetər oda yanmaq pərvanələrlə,Həyat geri qaldı əfsanələrlə,Uzaqlaşmalıyıq hər təriqətdən.
Gəlin! Gəlin bu gün fürsət əldəykən,Qanlı dəryalara göndərək yelkən...Sən, ey dünyasından əlini çəkən!Nə tapdın o sonsuz göyə xidmətdən?
Zavallı! Bir dön də ətrafına bax!Bir bax ki, gecələr nə qədər parlaq!Qaranlıq qəlbində sən dəxi od yax,Günəşli gündüzlər doğar zülmətdən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-heyata-dogru
Клавиши ← → для перехода, R — случайное стихотворение