Adını şeirlə mən alqışladım,Sərv ağacı kimi ucaldı başım.Sənin dastanını belə başladım:Sağ ol, Vətən oğlu! Sağ ol, qardaşım!

O qara qaşların çatıldı birdən,Gözündə oynadı bir odlu şimşək;Cəbhə dostlarına üz tutaraq sən,Dedin ki: "Körpünü düşmən keçəcək…Bir hədəf olsa da bu gün sinəmiz,Gəlin, yol verməyək quldurlara biz!"

"Hazır ol!" — söyləyən o mərd səsindənİgidlər yanında ayağa qalxdı.Alovlar dağıdan xoş nəfəsindənHər əsgər qəlbinə bir qüvvət axdı.Sonra sürünərək sən sinən üstə,Körpüdə düşmənlə durdun üz-üzə.O taydan qalxınca bir qara dəstə,Yaylım atəşləri yayıldı düzə.Quş kimi cəld olub üzüstə yatdın,Birinci atəşin sovurdu yeri,Bir anda bir daraq güllə boşaltdın,Ağzıyla yer qapdı alman əfsəri.Sən polad sinəni yerə verərək,Ehtiyat içində süründün yenə.Köksündə şir kimi döyündü ürək.Azadlıq eşqinə Vətən eşqinə.Çatdın bəllədiyin nöqtəyə, Kamal!Qoyub dinamiti çəkildin dərhal…Azacıq keçmədən alışdı şunur,Körpü xırıltıyla qopdu yerindən,Hər böyük zəfərdə dastan oxunur,Yazdın bu dastanı öz əlinlə sən.Çatdı yurdumuza şöhrətin sənin,Çatdı səhər-səhər yellər əsəndə,Adınla fəxr etdi böyük Vətənin.İndi söz mənimdir, qulaq as sən də:Güldü qəlbimizə sənin hünərinGözəl yaz gününün səhəri kimi.Alqışa layiqdir o mərd əllərin,Bizim Koroğlunun əlləri kimi.Bildi şöhrətini ağ saçlı anan.Köksünü dağ kimi verdi irəli…Sənə alqış deyib, əl çaldı bu anQafqaz dağlarının şəlalələri.Yayıldı şöhrətin Azərbaycana,Şad olub sevindi düzlər, yamaclar.Adını noğməylə saldı dastanaMuğan çöllərində ötən turaclar…Səninlə fəxr edir mənim dövranım,Sinəndə döyünür eşqin ürəyi;Sənə halal olsun, ey qəhrəmanım,Babəklər yurdunun duzu, çörəyi!Adını şeirlə mən alqışladım,Sərv ağacı kimi ucaldı başım.Sənin dastanını belə başladım:Sağ ol, Vətən oğlu! Sağ ol, qardaşım!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине