Bir şir kimi sinə gərdi o danışıq kürsüsünə,Bütün salon qulaq asdı bu qocanın gur səsinə.Dedi: "Yaşım ötsə belə, qulaq verin, söz mənimdir.Könlüm kimi qocalmayan al bayraqlı Vətənimdir.Deyirlər ki, casus girmiş Sovetlərin sərhəddinə,Deyirlər ki, o quldurlar öz həddini azmış yenə.Hər bir igid hazırlasın tüfəngini, yarağını,Mən dünəndən, doldurmuşam patronumun darağını.Görürsünüz tək əlliyəm, mənim bircə qolum vardır,Bu, vətəndaş hərbindəki gəncliyimdən yadigardır.Oğlum bu gün cəbhədədir nərə çəkir bir nər kimi,Mənim gənclik illərimdə göstərdiyim hünər kimi.Gözlərim də uzaq görür bir alıcı tərlan kimi,Döyüşməyə qüdrətim var cəbhələrdə aslan kimi.Yad əllərə vermərəm mən dəzgahımı, zindanımı,Lazım gəlsə bu uğurda verəcəyəm öz qanımı.Bir əllə də qılınc vurmaq mənim köhnə adətimdir,Buna şahid, qocalsam da, bükülməyən qamətimdir".O dedikcə bu sözləri od parladı gözlərindən,Həyəcandan tutularaq, nəfəs aldı o dərindən.Lakin onun ürəyini tamam dedi baxışları.Var ol! — dedi bu qocaya izdihamın alqışlan.Divarları titrədirdi birdən qopan "ura!" səsi,Nə gözəldir bu dünyada həqiqətin mənzərəsi.Nə gözəldir igid ölmək, mərd yaşamaq bu dünyada.Axar çaylar quruyaraq, dənizlər də getsə badaÖlüb getməz tarixlərdən göstərilən böyük hünər,O hünəri öz alnına ulduzlarla yazar göylər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов