Bir axşam dırmandım bir dağ başına,Vuruldum dünyanın bahar yaşına.Çəmən xalısını sərmişdi döşə,Seyrəngah olmuşdu nazlı günəşə.Görürdüm o dağda ayaq izləri…Dünya qurğusunu qurandan bəriMin rəngə düşmüşdü hər ot, hər çiçək.İlham deyirdi ki, gəl bir də keçəkBu ceyran talası, xəlvət dərədən,Bir dastan yaradaq bu mənzərədən

Ah, gözəl təbiət! Mehriban ana!Əzəldən bağlıdır varlığım sana.Səndə gözəllərin ilk andı vardır,Nə alnın qırışıq, nə qəlbin dardır…Al məni, yenə al qoynuna bu gün,Dola qollarımı boynuna bu gün.Bir öpüm doyunca o saf üzündən,Keçim xəyalımın ceyran düzündən.Mən bu düşüncəylə gəzirdim dağı,Yanımca gedirdi təbin ayağı…Bu zaman bir bulud qalxdı üfüqdən,Gördüm xəyalımı o buludda mən.O uçdu… uçduqca yüksəldi yenə,Yol aldı göylərin dərinliyinə…O, göylər mülkünü salama gəldi,Getdikcə incəldi… Yenə incəldi.Sonra nöqtə kimi bulud daraldı,Gözümdən yox oldu, hava qaraldı.Mən bir də görmədim, görmədim onu,Dedim ki, varımdır xəyahn sonu?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе