Страница 2 из 3 · 33%

Ağzın qurusun, çoban!
Dilün çürisün, çoban!
Qadir sənin alnına qada yazsın, çoban! - dedi.
Qazan bəg böylə digəc çoban aydır:
Nə qaqırsan bana, ağam Qazan,
Yoxsa köksündə yoqmıdır iman?
Altı yüz kafir dəxi mənim üzərimə gəldi. İki qardaşım şəhid oldı. Üç yüz kafir öldürdüm, ğəza etdim; səmüz qoyun, arıq toqlı sənin qapundan kafirlərə vermədim. Üç yerdə yaralandım, qara başım bunaldı, yalnuz qaldım; suçum bumıdır? -dedi.
Çoban aydır:
Qonur atın vergil mana,
Altmış tutam göndərüni vergil mana,
Ap-alaca qalqanını vergil mana.
Qara polat uz qılıcın vergil mana,
Sadağında səksən oqun vergil mana.
Ağ tozluca qatı yayın vergil mana,
Kafirə mən varaym,
Yenidən toğanın öldürəyin,
Yenümlə alnum qanın bən siləyin,
Ölürsəm, sənin uğruna bən öləyim,
Allah Taala qorsa, evini bən qurtarayın! - dedi.
Çoban böylə digəc Qazana qəhər gəldi, aldı yüriyü verdi. Çoban dəxi Qazanın ardından yetdi. Qazan döndi baqdı, “Oğul çoban, qanda gedərsin?” - dedi.
Çoban aydır: “Ağam Qazan, sən evin almağa gedərsən, mən dəxi qanndaşım qanın almağa gedərəm,” - dedi.
Böylə degəc Qazan aydır: “Oğul çoban, qarnım acdır; heç nəsnən varmıdır yeməgə?” - dedi. Çoban aydır: “Bəli, ağam Qazan, gecədən bir quzı bişürüb dururam. Gəl bu ağac dibində enəlüm, yiyəlim!” - dedi.
Endilər; çoban dağarcığı çıqardı, yedilər. Qazan fikr eylədi, aydır: “Əgər çobanla varacaq olursam, Qalın Oğuz
-«|s§ SK**-
bəgləri bənim başıma qaqınc qaxarlar; çoban bilə olmasa, Qazan kafiri alamazdı,” deyərlər”, - dedi.
Qazana qeyrət gəldi. Çobanı bir ağaca sara-sara möhkəm bağladı; eyləndi, yüriyü verdi. Çobana aydır: “Mərə çoban! Qamın acıqmamışkən, gözün qararmamış ikən bu ağacı qoparı gör, yoxsa səni bunda qurtlar-quşlar yer,” - dedi.
Qaraca çoban zərb eylədi, qaba ağacı yeriylə -yurdıyla qopardı, arqasma aldı, Qazanın ardına düşdi.
Qazan baqdı gördi çoban ağacı arqasma almış, gəlür. Qazan aydır: “Mərə çoban, bu ağac nə ağacdır?” Çoban aydır: “Ağam Qazan, bu ağac ol ağacdır kim, sən kafiri basarsan, qamın acığar, mən sana bu ağacla yemək bişürərin,” - dedi.
Qazana bu söz xoş gəldi. Atından endi, çobanın əllərin
çözdi, alnında bir öpdi, aydır: “Allah mənim evimi qurtaracaq olursa, səni əmiraxur eyləyəyin,” - dedi. İkisi bilə yola girdi.
Bu yana Şökli Məlik kafirlərlə şin-şadman yeyüb-içüb otururdı. Aydır: “Bəglər, bilürmisiz, Qazana necə heyf eyləmək gərək? Boyı uzun Burla xatunını gətürüb, sağraq sürdürmək gərək!” - dedi.
Boyı uzun Burla xatun bunı eşitdi, yürəgiylə canına odlar düşdi. Qırq incə bellü qızın içinə girdi; ögüt verdi, aydır: “Qanqınuza yapışurlarsa, “Qazan xatunı qanqınızdır” deyü, qırq yerdən avaz verəsiz,” - dedi.
Şökli Məlikdən adam gəldi, “Qazan bəgin xatunı qanqınuzdur?” - dedi. Qırq yerdən avaz gəldi, qanqısıdır bilmədilər. Kafirə xəbər verdilər: “Birinə yapışdıq, qırq yerdən avaz gəldi; bilmədik, qanqısıdır,” - dedilər.
Kafir aydır: “Mərə, varın, Qazanın oğlı Uruzı dartın,
çəngələ asun. Qıyma-qıyma ağ ətindən çəkün, qara qavurma bişürüb, qırq bəg qızma ilətün; hər kim yedi, ol degil; hər kim yemədi, oldur. Alun gəlün, sağraq sürsün!” - dedi.
Boyı uzun Burla xatun oğlınun yamacına gəldi; çağırub oğlına soylar, görəlim, xanım, nə soylar?
Aydır:
Oğul, oğul, ay oğul,
Bilürmisin, nələr oldı:
-« s§iä § §«»-
Söyləşdilər fısıl-fısıl,
Kafirin felin duydum.
Dünlügi altun ban evimin qəbzəsi oğul,
Qaza bənzər qızımın-gəlinimin çiçəgi oğul,
Oğul, oğul, ay oğul,
Doquz ay dar qarnımda götürdügüm oğul,
On ay deyəndə dünyaya gətürdügim oğul,
Dolması altun beşikdə bələdügim oğul,
kafirlər tərs danışmışlar:”Qazan oğlı Uruzı həbsdən çıqarun, boğazından orğanla asun, iki dalusından çəngələ sancun, qıyma-qıyma ağ ətindən çəkün. Qara qavırma edüb, qırq bəg
qızına ilətün; hər kim yedi, ol degil; hər kim yemədi, ol Qazan xatunıdır; çəkün döşəgimizə gətirəlim, sağraq sürdürəlim!” - demişlər. Sənin ətündən, oğul, yiyəyinmi, yoxsa sası dinlü kafirin döşəginə girəyinmi? Ağan Qazanın namusını smdırayınmı? Necədəyin, oğul, hey?! - dedi.
Uruz aydır: “Ağzun qurısun, ana! Dilün çürisün, ana!” Ana haqqı-Tanrı haqqı” denilməsəydi, qalqubanı yerimdən duraydım, yaqanla boğazından tutaydım, qaba ökcəm altına salaydım, ağ yüzüm qara yerə dəpəydim, ağzun ilə bumundan qan şorladaydım, can datlusın sana göstərəydim! Bu nə sözdür? Saqın, qadın ana! Mənim üzərimə gəlməyəsin, mənim içün ağlamayasan. Qo bəni qadın ana, çəngələ ursunlar, qo ətimdən çəksünlər, qara qavurma etsünlər, qırq bəg qızının öninə ilətsünlər. Anlar bir yedigində sən iki yegil!
Səni kafirlər bilməsünlər-duymasunlar; ta kim, sası dinlü kafirün döşəginə varmayasan, sağrağın sürməyəsən, atam Qazan namusını sımayasan. Saqın!” - dedi.
Oğlan böylə digəc buldur-buldur gözinin yaşı rəvan oldı. Boyı uzun, beli incə Burla xatun boynıyla qulağın aldı düşdi; güz alması kibi al yanağın dartdı yırtdı; qarğu kibi qara saçını yoldı; “oğul, oğul!” deyübən zarılıq qıldı, ağladı.
Uruz aydır:
Qadın ana! Qarşum alub, nə bögrərsən?
Nə bozlarsan, nə ağlarsan?
Bağrımla yürəgim nə dağlarsan?
Keçmiş mənim günimi nə andırarsan?
Hey, ana! Ərəbi atlar olan yerdə Bir qulum olmazmı olur?
Qızıl dəvələr olan yerdə Bir köşəgi olmazmı olur?
Ağca qoyunlar olan yerdə Bir quzıcığı olmazmı olur?
Sən sağ ol, qadın ana, babam sağ olsun,
Bir mənim kibi oğul bulmmazmı olur? -dedi.
Böylə digəc anasının qərarı qalmadı; yüriyü verdi, qırq incə bellü qızın içinə girdi.
Kafirlər Uruzı alub, qənarə dibinə gətürdilər, Uruz aydır: “Mərə kafir, aman! Tanrının birliginə yoqdur güman! Qon məni bu ağacla söyləşəyim,” - dedi. Çağırub ağaca soylamış, görəlim, xanım, nə soylamış:
“Ağac, ağac!! Dersəm sana, ərlənmə ağac!
Məkkə ilə Mədinənin qapusı ağac!
Musa Kəlimün əsası ağac!
Böyük-böyük suların köprisi ağac!
Qara-qara dənizlərin gimisi ağac!
Şahi-mərdan Əlinin Düldülinin əyəri ağac! Zülfiqarın qınıyla qəbzəsi ağac!
Şah Həsənlə Hüseynün beşigi ağac!
Əgər ərdir, əgər övrətdir, qorxusı ağac!
Başın ala baqar olsam, başsız ağac!
Dibin ala baqar olsam, dibsüz ağac!
Məni sana asarlar, götürməgil ağac!
Götürəcək olursan, yigitligüm səni tutsun, ağac! Bizim eldə gərək idin, ağac!
Qara hindu qullarıma buyuraydım,
Səni para-para doğrayalardı, ağac!
Andan ayıtdı:
Tavla-tavla bağlananda atuma yazıx!
Qartaş deyü; saqlayanda yoldaşıma yazıx!

Yumruğmda talbmanda şahin quşuma yazıx! Yetər ilə tutanda tazıma yazıx!
Bəgligə doymadın özümə yazıx!
Yigitliginə usanmadın canıma yazıx! - dedi, yumru-yumru ağladı, yanıq cigərcigini dağladı.

Bu məhəldə, sultanım, Salur Qazanlam Qaraca çoban çapar yetdi. Çobanın üç yaşar dana dərisindən sapanının ayasıydı; üç keçi tüyindən sapanının qollarıydı. Bir keçi tüyindən çatlağucıydı. Hər atanda on iki batman daş atardı. Atdığı daş yerə düşməzdi.
Yerə dəxi düşsə, toz kibi savrılırdı, ocaq kibi obrılur idi. Üç yıladaq daşı düşdügi yerin otı bitməzdi. Semiz qoyun, aruq toqlı bayırda qalsa, qurt gəlib yeməzdi sapanın qorqusından. Eylə olsa, sultanım, Qaraca çoban sapan çatlatdı. Dünya-aləm kafirin gözinə qarannu oldı.
Qazan aydır: “Qaracıq çoban, anamı kafirdən diləyəyim, at ayağı altında qalmasun,” - dedi.
At ayağı külük, ozan dili çevik olur. Qazan kafirə çağırub soylamış, görəlim, xanım, nə soylamış:
Aydır:
Mərə Şökli Məlik!
Dünlügi altun ban evlərimi gətürüb durursan,
sana kölgə olsun!
Ağır xəzinəm, bol aqçam gətürüb durursan,
sana xərclıq olsun!
Qırq incə bellü qızla Burla xatunı gətürüb durursan,
sana yesir olsun!
Qırq yigidlən oğlum Uruzı gətürüb durursan,
qulun olsun!
Tavla-tavla şahbaz atlarım gətürüb durursan,
sana binət olsun!
Qatar-qatar dəvələrim gətürüb durursan,
sana yüklət olsun!
Qarıcıq anamı gətürüb durursan,
Mərə kafir, anamı vergil mana,
Savaşmadın, uruşmadın qayıdayım - gerü dönəyim, gedəyim, bəllü bilgil! - dedi.
-« s§iä gÄf»®-

  • Mərə Qazan!
    Dünlügi altun ban evini gətürmişiz, - bizimdir!
  • Qırq incə bellü qızla
    Boyı uzun Burla xatunı gətürüb durur, - bizimdir!
  • Qırq yigidlən oğlun Uruzı gətürmiş, - bizimdir! Tavla-tavla şahbaz atların,
    qatar-qatar dəvələrin gətürmişiz, - bizimdir.
    Qancıq ananı gətürmişiz, - bizimdir!
    Sana verməziz, Yayxan Keşiş oğlma verəriz, Yayxan Keşiş oğlmdan oğlı doğar,
    Biz anı sana ğarım qoruz, - dedilər.
    Böylə digəc Qarıcıq çobanın acığı tutdı, dodaqları təpsərdi.
    Çoban aydır:
    Mərə dini yoq, ağılsız kafir!
    Ussı yoq, dəməksiz kafir!
    Qarşu yatan qarlı qara dağlar
    qarıyubdur otı bitməz.
    Qanlu-qanlu ırmaqlar
    qarıyubdur suyı gəlməz. Şahbaz-şahbaz atlar
    qarıyubdur qulun verməz.
    Qızıl-qızıl dəvələr
    qarıyubdur köşək verməz.
    Mərə kafir, Qazanın anası
    qarıyubdur oğul verməz.
    Dölin almaqdan səfan varsa, Şökli Məlik, qara gözlü qızın varsa, gətür Qazana ver! Mərə kafir, sənin qızından oğlı doğsun, siz anı Qazan bəgə qədim qoyasız, - dedi.
    Bu məhəldə Qalın Oğuz bəgləri yetdi. Xanım, görəlim, kimlər yetdi:
    Qara Dərə ağzında Qadir verən, qara buğa dərisindən beşiginin yapuğı olan, acığı tutanda qara daşı kül eyləyən, bığın ənsəsində yedi yerdə dügən, ərənlər əvrəni Qazan bə-
    Kafir aydır:
    -« s§iä § §«»-

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Hasan paşanın Çənlibelə gəlməyi

Qasid qasidin dalına düzülmüşdü. Xotkara gündə bir xəbər gəlib çatırdı.Özü də bir-birindən qara, bir-birindən bəd xəbərlər:

17 мин
Mərcan xanımın Çənlibelə gəlməyi

Deyillər Həsən xanın üç oğlu, bir qızı qalmışdı. Böyük oğlununadı Əhməd, ortancılın adı Hümmət, kiçiyinin adı Mahmud, qızının da adı Mərcan xanımıydı.Aradan xeyli vaxt keçmişdi. Vaxt o vaxt olmuşdu ki, Mahmud böyüyüb girri bir cavan olmuşdu.

1 ч 50 мин
Koroğlunun qocalığı

Koroğlu qocalmışdı. Dəlilər başından dağılmışdı. Davadan, vuruşdan yorulmuşdu.Yanında bircə vəfalı alagöz Nigar qalmışdı.

13 мин
Koroğlu ilə Abdul xocanın görüşü

Sizə haradan xəbər verim, çardağlı Çənlibeldən. Çənlibeldə Qoç Koroğlu başında da yeddi min yeddi yüz yetmış yeddi dəlisi ilə məskən salmışdır. Heç bir tacir, bəzirgan Çənlibeldən keçib karvan apara bilməzdi. Günlərin bir günü Abdul Xoca Ərzurumdan gəlib Dərbəndə keçməli olur. Yolu Çənlibeldən düşür. Koroğlu da aylarla Ağ qayanın üstündə Abdul Xocanın yolunu gözləyir. Abdul Xoca Çənlibeldən keçən zaman Koroğlu Qıratın belində karvanın başı üstünü alır. Karvan dayanır. Abdul Xoca irəli çıxıb cibindən nal boyda qara pul çıxardıb Korogluya uzadır ki, igid, al, bu sənin yol basman. Koroğlu pulu alır, bir əli ilə əzib Abdul Xocanın üstünə atır. Abdul Xoca işi belə görüb karvana hərəkətə gətirir. Koroğlu bir çovlan edib, götürür "Şahsevəri" havasında görək nə deyir:Çənlibeldən gəldim sənə,

5 мин

Стихи других поэтов