Страница 3 из 3 · 67%

gin qardaşı Qaragünə çapar yetdi “Çal qılıcın, qardaş Qazan, yetdim!” - dedi.
Bunun ardınca, görəlim, kimlər yetdi:
Dəmir qapu Dərvənddəki dəmür qapuyı dəpüb alan, altmış tutam ala göndərinin ucmda ər bögürdən Qıyan Selcik oğlı Dəli Dondar çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” -dedi.
Bunun ardınca, xanım, görəlim, kimlər yetdi: Həmidlən Mərdin qalasın dəpüb yıqan, dəmür yaylı Qıpcaq Məlikə qan qusduran, gəlübən Qazanın qızın ərliklə alan, Oğuzun aq saqallu qocaları görəndə ol yigidi təhsinləyən, al mahmuzı şalvarlı, atı bəhri xotazlı Qaragünə oğlı Qara Budaq çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” - dedi.
Bunun ardınca, görəlim, xanım, kimlər yetdi: Dəstursuzca Bayındır xanın yağısın basan, altmış bin kafirə qan qusduran, ağ-boz atının yelisi üzərində qar durduran Qəflət qoca oğlu Şir Şəmsəddin çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” - dedi.
Bunun ardınca görəlim, xanım, kimlər yetdi: Parasarın Bayburd hasarından parlayub uçan, apalaca gərdəginə qarşu gələn, yedi qızın umudı, Qalın Oğuz imrəncəsi, Qazan bəgün inağı, Boz ayğırlu Beyrək çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” - dedi.
Bunun ardınca, xanım, görəlim, kimlər yetdi: Çaya baqsa çalımlu, çal qaraquş ərdəmlü, qurqurma quşaqlu, qulağı altun kübəli, Qalın Oğuz bəglərini bir-bir atından yıqıcı Qazlıq qoca oğlı bəg Yegnək çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” - dedi.
Bunun ardınca görəlim, xanım, kimlər yetdi: Altmış ögəc dərisindən kürk eyləsə, topuqlarını örtməyən, altı ögəc dərisindən külah etsə, qulaqlarını örtməyən, qolı-budı xaranca, uzun baldırları incə, Qazan bəgün dayısı At ağızlu Aruz qoca çapar yetdi: “Çal qılıcın, bəgüm Qazan, yetdim!” - dedi.
Bunun ardınca, görəlim, kimlər yetdi:
Varıban Peyğəmbərin yüzini görən, gəlübəni Oğuzda səhabəsi olan, acığı tutanda bıqlarından qan çıqan, Bığı qanlu Bügdüz Əmən çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” - dedi.
-« s§iä gÄf»®-
Bunun ardınca, görəlim, kimlər yetdi:
Kafirləri it ardına bıraqıb xorlayan, eldən çıqub Ayğır gözlər suymdan at yüzdürən, əlli yedi qalanın kilidin alan, Ağ Məlik Çeşmə qızın nikah edən Sofi Sandal Məlikə qan qusduran, qırq cübbə bürinüb otuz yedi qala bəginin məhbub qızlarını çalub bir-bir boynın qucan, yüzində-dodağında öpən İlək qoca oğlı Alp Ərən çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” - dedi.
Sayılmaqla Oğuz bəgləri tükənsə olmaz. Həp yetdilər. Arı sudan abdəst aldılar. Ağ alınların yerə qodılar. İki rükət namaz qıldılar. Adı görklü Məhəmmədə salavat gətürdilər. Bitəkəllüf kafirə at saldılar, qılıc çaldılar. Gumbur-gumbur naqaralar dögildi. Burması altun tuc borılar çalındı.
Ol gün cigərində olan ər yigitlər bəlürdi. Ol gün müxənnətlər sapa yer gözətdi. Ol gün bir qiyamət savaş oldı, meydan dolu baş oldı. Başlar kəsildi top kibi. Şahbaz-şahbaz atlar yügürdi, nalı düşdi. Ala-ala göndərlər süsildi. Qara polat uz qılıclar çalındı, yalmanı düşdi. Üç yeləkli qayın oqlar atıldı, dəmrəni düşdi. Qiyamətin bir güni ol gün oldı. Bəg nökərindən, nökər bəgindən ayrıldı.
Daş Oğuz bəgləriylə Dəli Dondar sağdan dəpdi. Cılasun
yigitlərlə Qaragünə oğlı Dəli Budaq soldan dəpdi. İç Oğuz bəgləriylə Qazan dopa dəpdi, Şökli Məlikə həvala oldı, Şökli Məliki bögürdübəni atdan yerə saldı, ğafillücə qara başın alub kəsdi, qaxışdın alca qanın yer yüzinə dökdi. Sağ tərəfdə Qara Tükən Məlikə Qıyan Selcük oğlı Dəli Dondar qarşu gəldi. Sağ yanını qılıcladı, yerə saldı. Sol tərəfdə Buğacıq Məlikə Qaragünə oğlı Dəli Budaq qarşu gəldi. Altı bərli gürz ilə dəpəsinə qatı tuta urdı. Dünya-aləm gözinə qaranu oldı. At boynın qucaqladı, yerə düşdi.
Qazan bəgün qardaşı kafirin tuğıyla sancağı qılıcladı, yerə saldı. Dərələrdə, dəpələrdə kafirə qırğun girdi, leşinə quzğun üşdi. On iki bin kafir qılıcdan keçdi. Beş yüz Oğuz yigitləri şəhid oldı. Qaçanını Qazan bəg qomadı, aman deyəni öldürmədi. Qalın Oğuz bəgləri toyum oldı.
Qazan bəg ordısmı, oğlanım-uşağını, xəzinəsini aldı, gerü döndi altun taxtında. Yenə evini dikdi. Qaracıq çobanı
§ S e h -

əmiraxur eylədi. Yedi gün, yedi gecə yimə-içmə oldı. Qırq baş qul, qırq qımaq oğlı Uruz başına azad eylədi. Cılasun qoç yigitlərə qalaba ölkə verdi; şalvar, cübbə, çuqa verdi.
Dədəm Qorqut gəlübən boy boyladı, soy soyladı. Bu oğuznaməyi düzdi-qoşdı, böylə dedi:
Qanı dedigim bəg ərənlər?
Dünya mənim deyənlər?
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimlü-gedimlü dünya Axır son ucı ölümlü dünya!
Yum verəyim, xanım:
Qarlı qara dağlarun yıqılmasun!
Kölgəlicə qaba ağacın kəsilməsün!
Qamın aqan görklü suyun qurımasun!
Qadir Tanrı səni namərdə möhtac etməsün! Çaparkən ağ-boz atın büdrəməsün!
Çalışanda qara polat uz qılıcın gedilməsün! Dürtüşərkən ala göndərin avanmasun!
Ağ saqallu baban yeri uçmaq olsun!
Ağ birçəklü anan yeri behişt olsun!
Axır-sonı arı imandan ayırmasun!
“Amin!” deyənlər dizar görsün!
Ağ alnunda beş kəlmə dua qılduq, qəbul olsun! Allah verən umudun üzülməsün! Yığışdırsun-durışdursun günahınızı Adı görklü Məhəmməd Mustafa yüzi suyına bağışlasun, xanım, hey!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Hasan paşanın Çənlibelə gəlməyi

Qasid qasidin dalına düzülmüşdü. Xotkara gündə bir xəbər gəlib çatırdı.Özü də bir-birindən qara, bir-birindən bəd xəbərlər:

17 мин
Mərcan xanımın Çənlibelə gəlməyi

Deyillər Həsən xanın üç oğlu, bir qızı qalmışdı. Böyük oğlununadı Əhməd, ortancılın adı Hümmət, kiçiyinin adı Mahmud, qızının da adı Mərcan xanımıydı.Aradan xeyli vaxt keçmişdi. Vaxt o vaxt olmuşdu ki, Mahmud böyüyüb girri bir cavan olmuşdu.

1 ч 50 мин
Koroğlunun qocalığı

Koroğlu qocalmışdı. Dəlilər başından dağılmışdı. Davadan, vuruşdan yorulmuşdu.Yanında bircə vəfalı alagöz Nigar qalmışdı.

13 мин
Koroğlu ilə Abdul xocanın görüşü

Sizə haradan xəbər verim, çardağlı Çənlibeldən. Çənlibeldə Qoç Koroğlu başında da yeddi min yeddi yüz yetmış yeddi dəlisi ilə məskən salmışdır. Heç bir tacir, bəzirgan Çənlibeldən keçib karvan apara bilməzdi. Günlərin bir günü Abdul Xoca Ərzurumdan gəlib Dərbəndə keçməli olur. Yolu Çənlibeldən düşür. Koroğlu da aylarla Ağ qayanın üstündə Abdul Xocanın yolunu gözləyir. Abdul Xoca Çənlibeldən keçən zaman Koroğlu Qıratın belində karvanın başı üstünü alır. Karvan dayanır. Abdul Xoca irəli çıxıb cibindən nal boyda qara pul çıxardıb Korogluya uzadır ki, igid, al, bu sənin yol basman. Koroğlu pulu alır, bir əli ilə əzib Abdul Xocanın üstünə atır. Abdul Xoca işi belə görüb karvana hərəkətə gətirir. Koroğlu bir çovlan edib, götürür "Şahsevəri" havasında görək nə deyir:Çənlibeldən gəldim sənə,

5 мин

Стихи других поэтов