Qanlı Qoca oğlı Qanturalı boyını bəyan edər
Страница 1 из 2
QANLI QOCA OĞLI QANTURALI BOYINI BƏYAN EDƏR, XANIM, HEY-HEY!
Oğuz zamanında Qanlı qoca, deyərlərdi, bir gürbüz ər vardı. Yetişmiş bir cılasun oğlı vardı. Adına Qanturalı derlərdi. Qanlı qoca aydır: “Yaranlar, atam öldi, mən qaldım. Yerin-yurdm tutdım. Yarınkı gün mən öləm, oğlum qala. Bundan yegrəgi yoxdur ki, gözüm görərkən, oğul, gəl səni evərəyim!” - dedi. Oğlan aydır: “Baba, çün məni evərəyim dersən, mana layiq qız necə olur?”
Qanturalı aydır: “Baba, mən yerimdən durmadın ol durmış ola! Mən qaraquc atıma binmədin ol binmiş ola! Mən qanlu kafir elinə varmadın ol varmış, mana baş gətürmiş ola!” - dedi.
Qanlı qoca aydır: “Oğul, sən qız istəməzmişsən, bir cılasun-bahadır istərmişsən, anun arqasında yeyəsən-içəsən, xoş keçəsən!” Aydır: “Bəli, canım baba, eylə istərəm! Pəs varasın, bir cici-bici türkman qızını alasan, nagahandan tayınam, üzərinə düşəm, qamı yırtıla?” - dedi. Qanlı qoca aydır: “Oğul, qız görmək səndən, mal-rizq vermək bəndən!” - dedi.
Böylə digəc ərənlər əvrəni Qanturalı yerindən durdı. Qırq yigidin yanma aldı. İç Oğuzı gördi, qız bulımadı, qayıtdı gerü döndi. Evlərinə gəldi. Babası aydır:
“Oğul, qız buldunmı?” Qanturalı aydır: “Yıqılsun Oğuz elləri, mana yararu qız bulımadum, baba”, - dedi. Babası aydır: “Hey, oğul! Qız diləyü varan böylə varmaz”. Qanturalı aydır: “Ya necə varar, baba?” - dedi.
Qanlı qoca aydır: “Oğul, sabah varub, öylən gəlmək olmaz. Öylən varub axşam gəlmək olmaz. Oğul, sən mala becid ol yığ, mən sana qız arayı gedəyim!” - dedi.
Qanlı qoca sevini-qıvanı urı durdı. Ağ saqallu pir-qocalar yanına bıraqdı. İç Oğuza girdi. Qız bulımadı. Dolandı. Daş Oğuza girdi, bulımadı. Dolandı, Trabuzana gəldi. Məgər Trabuzan təkürinin bir əzim-görklü məhbub qızı vardı. Sağına-soluna iki qoşa yay çəkərdi. Atduğı ox yerə düş-məzdi. Ol qızın üç canvər qalınlığı-qaftanlığı vardı. “Hər kim ol üç canvəri basa-yensə, öldürsə, qızımı ana verirəm” deyü
vədə eyləmişdi. Basamasa, başın kəsərdi. Böyləliklə, otuz iki kafir bəginü oğlunun başı bürc bədənində kəsilüb asılmış idi. Ol üç canvərin biri qağan aslandı, biri qara buğaydı, biri dəxi qara buğra idi. Buların hər birisi bir əjdərhaydı. Bu otuz iki baş kim bürcdə asılmış idi, qağan aslanla qara buğranın yüzin görməmişlərdi, ancaq buğa buynuzmda həlak olmuşlardı.
Qanlı qoca bu başları və bu canvərləri gördi, başında olan bit ayağına dərildi. Aydır: “Varayım, oğluma doğrı xəbər verəyim, hünəri varsa, gəlsün alsun, yoxsa evdəki qıza razı olsun”, - dedi.
At ayağı külük, ozan dili çevik olur. Qanlı qoca gedərək gəldi, Oğuza çıqdı. Qanturalıya xəbər oldı. “Baban gəldi” dedilər. Qırq yigidlə babasına qarşu vardı. Əlin öpdi. Aydır: “Canım baba, mana yarar qız buldunmı?” Aydır: “Buldum, oğul, hünərin var isə”, -dedi. Qanturalı aydır: “Altun-aqçamı istər? Qatır-bəsərəkmi istər?” Babası aydır: “Oğul, hünər gərək, hünər!” -dedi. Qanturalı aydır: “Baba, yelisi qara Qazılıq atuma əyər salayım, qanlu kafir elinə aqm çapayım. Baş kəsim, qan dökim. Kafirə qan qusdurayım. Qul-qaravaş gətürəyim, hünər göstərəyim”.
Qanlu qoca aydır: “Hay, canım oğul! Hünər dedigim ol degil; ol qız içün üç canvər saqlamışlar. Hər kim ol üç canvəri basa, ol qızı ana verirlər; basub öldürməsə, anun başını kəsirlər, bürcə asarlar”.
Qanturalı aydır: “Baba, bu sözi sən mana diməmək gərək idin. Çünki dedin, əlbətdə varsam gərək. Başıma qaxınc, yüzümə toxınc olmasun. Qadun ana, bəg baba, əsən qalun!” - dedi. Qanlı qoca aydır: “Gördünmi mən mana netdim? Oğlana qorxunc xəbərlər verəyim, ola kim getməyə, dönə”, - dedi.
Qanlı qoca bu arada soylamış, görəlim, xanım, nə soylamış, aydır:
Oğul, sən varacaq yerün Dolamac-dolamac yolları olur. Atlu batub çıqamaz
anun balçığı olur.
^ SBSK**-
Ala yılan sökəməz
anun ormanı olur.
Göglə pəhlu uran
anun qalası olur.
Göz qaquban könül alan
anun görklüsi olur.
“Hay!” demədin baş götürən cəlladı olur.
Yağrınmda qalqan oynar yiyəsi olur.
Yavuz yerlərə yeltəndin,
qayıda döngil!
Ağ saqallu babanı,
Qarıcıq olmuş ananı bozlatmağıl! -dedi.
Qanturalı qaqıdı, aydır:
Nə söylərsən, nə aydarsan, canım baba? Bu qədər işdən qorxan yigitmi olur?
Alp ərə qorxu vermək eyib olur.
Dolamac yollarını
Qadir qorsa, dünlə yortam.
Atlu batub anun balçığına
qumlar döşəyim.
Ala yılan sökəməz ormanını
çaqmaq çaqub oda uram. Göglə pəhlu uran qalaların Qadir qorsa, yapam-yıqam.
Göz qaçuban könül alan görklüsinin boynın öpəm.
Yağrınmda qalqan oynar babasının Qadir qorsa, başın kəsəyim!
Ya varmıyam? Ya gələm, ya gəlməyəm, Ya qara buğranın
köksi altında qalam!
Və ya buğanın buynuzmda ilişəm.
Ya qağan aslanın qaynağında didiləm.
Ya varam, ya varmayam,
Aal#? fW -
Ya gələm, ya gəlməyəm!..
Yenə görüncə bəg baba, xatun ana,
əsən qalun! -dedi.
Gördilər ki, namus içün yenilməz, ayıtdılar: “Oğul, uğurun açıq olsun! Sağ-əsən varub gələsən!” -dedilər.
Atasmın-anasmın əllərin öpdi. Qırq yigidin yanına bıraqdı. Yedi gün yedi gecə yortdılar. Kafirin sərhədinə irdilər. Çadır dikdilər. Yügrək atın yügürdüb Qanturalı gürzin gögə atar, enüb yerə düşmədin qarvar-tutar.
Hey qırq eşim, qırq yoldaşım!
Yügrək olsa, yarışsam.
Güclü olsa, gürəşsəm.
Haq Taala inayət eyləsə,
Üç canvəri öldürsəm.
Gözəllər sərvəri Sarı donlı Selcan xatunı alsam.
Atam-anam evinə dönsəm.
Hey qırq eşim, qırq yoldaşım!
Qırqınuza qurban olsun mənim başım! - deyü söylərdi.
Bunlar bu sözdə ikən məgər, xanım, təkürə xəbər vardı.
“Oğuzdan Qanturalı derlər, bir yigit var imiş, qızın diləyü
gəli yürür”, - dedilər. Kafirlər yedi ağac yer qarşu gəldilər.
“Niyə gəldinüz, yigit, yenil”, - dedilər. “Verişməgə-alışmağa
gəldik”, - dedilər. İzzət-hörmət eylədilər. Aq çadır dikdilər,
ala qalı döşədilər, ağca qoyun qırdılar, yedi yıllıq al şərab
içürdilər. Aluban bunları təkürə gətürdilər. Təkür taxt üzərində
oturmışdı. Yüz kafir için geyinmişdi. Yedi qat meydanı
dolandı gəldi.
Məgər qız meydanda bir köşk yapdırmış idi. Cəmi yanında olan qızlar al geymişlərdi, kəndü saru geymiş idi. Yuqarıdan tamaşa edərdi.
Qanturalı gəldi, qara şayqalu təkürə salam verdi. Təkür
“əleyk” aldı. Ala qalı döşədilər, oturdı. Təkür aydır: “Yigit, nə yerdən gəlürsin?” Qanturalı yerindən durı gəldi. Apulapul yürüdi, ağ alnını açdı. Ağ biləklərini sığadı, ayıtdı kim:
^ SBSK**-
Qarşu yatan qara dağını aşmağa gəlmişəm!
Aqındılı suyını keçməgə gəlmişəm!
Dar ətünə, gen qoltuğına sığmu gəlmişəm!
Tanrı buyuruğıyla, Peyğəmbər qövliylə
Qızunı almağa gəlmişəm! - dedi.
Təkür aydır: “Bu yigidin sözi yügrək, əgər əlində hünəri var isə”, dedi. Təkür aydır: “Bu yigidi anadan doğma soyun!” "Soydılar. Qanturalı altunlu incə kətan bezin belinə sardı. Qanturalıyı alub meydana gətürdilər.
Qanturalı camal və kamal iyəsi yigit idi. Oğuzda dört
yigit niqabla gəzərdi. Biri Qanturalı, biri Qaraçəkür və oğlı Qırqqınuq və Boz ayğırlu Beyrək. Qanturalı niqabın sərpdi. Qız köşkdən baqardı. Daraqlığı boşaldı, kedisi mavladı. Avsal olmış dana kibi ağzının suyı aqdı. Yanındağı qızlara aydır: “Haq Taala atamın könlinə rəhmət eyləsə, kəbin kəsüb məni ol yigidə versə. Bunun kibi yigit heyf ola ki, canvərlər əlində həlak ola! - dedi.
Bu məhəldə dəmür zəncirlə buğayı gətürdilər. Buğa dizin çökdi, buynuzıyla bir mərmər daşı yoğurdı, penir kibi ditdi. Kafirlər aydır: “Şimdi yigidi atar-yıqar, sərər-pırtar. Yıqılsun Oğuz elləri! Qırq yigit bir bəg oğlıyla bir qızdan ötri ölmək nolur”, - dedilər.
Bunı eşidicək qırq yigit ağlaşdılar. Qanturalı sağma baqdı, qırq yigidin ağlar gördi. Solma baqdı, eylə gördi. Aydır: “Hey, qırq eşüm, qırq yoldaşım, niyə ağlarsız? Quruluça qopuzum gətürün, ögün məni!” - dedi. Burada qırq yigit Qanturalıyı ögmişlər. Görəlim, xanım, necə ögmişlər. Aydır:
Sultanım Qanturalı, qalqubanı yerindən durmadınmı?
Yelisi qara Qazılıq atu binmədinmi
Arqu mili Ala dağı avlayuban-quşlayuban?
Babanın ağ-ban eşigində
qaravaşlar inək sağar görmədinmi?
“Buğa, buğa!” dedikləri
qara inək buzağısı degilmidir?
Yəqin ki, katib “ətəgüə” yazmaq istəmişdir.
^ SBSK**-
Alp ərənlər qırımından qayururdı.
Oldur, Sarı donlu Selcan xatun köşkdən baqar, Kimə baqsa, eşqiylə oda yaqar!
Qanturalı San donlu qız eşqinə bir “hu!” dedi. “Mərə, buğanızı qoyu verin, gəlsün!” - dedi. Buğanın zəncirin aldılar, salı verdilər. Buynuzı almas cida kibi Qanturalının üzərinə sürdi.
Qanturalı adı görklü Məhəmmədə salavat gətürdi. Buğanın alnına bir yumruq eylə urdı kim, buğayı göti üzərinə çökürdi. Alnına yumruğm dayadı, sürdi meydanın başına çıqardı. Çoq çalışdılar: nə buğa yenər, nə Qanturalı yenər. Kütküt buğa solmağa başladı. Ağzı köpükləndi. Qanturalı aydır: “Bu dünyayı ərənlər aqlla bulmışlardır. Bunun önindən sıçrayayım, nə hünərim varsa, ardından göstərəyim!” - dedi. Adı görklü Məhəmmədə salavat gətürdi. Buğanın önindən savıldı, buğa buynuzı üzərinə dikəldi. Quyruğından üç kərrə götürüb yerə saldı. Sünükləri xurd oldı. Basdı, boğazladı. Pıçaq çıqarıb dərisini yüzdi. Ətin meydanda qoyub, dərisini Təkürün öninə gətürüb aydır: “Danla qızını mana verərsən”, -dedi.
Təkür aydır: “Mərə, qızı verin! Şəhərdən sürün, çıqsungetsün!” - dedi. Təkürün qardaşı oğlı vardı, aydır: “Canvərlər sərvəri aslandır, onunla dəxi oyun göstərsün, qızı andan sonra verəlüm!” - dedi.
Vardılar, aslanı çıqardılar, meydana gətürdilər. Aslan hayqırdı, meydanda nə qədər at varsa, qan qaşındı. Yigitləri
aydır: “Buğadan qurtuldı, aslandan necə qurtula?” - dedilər.
Ağlaşdılar. Qanturalı yigitlərin ağlar gördi. Aydır: “Marə, alca qopuzum ələ alun, məni ögün! Sarı donlu qız eşqinə bir aslandan dönəyimmi?” - dedi. Yoldaşları burada soylamış, görəlim, xanım, nə soylamış, aydır:
Sultanım Qanturalı,
Ağca sazlar içində
Sarı gönlər görübən taylar basan,
Ön damarın dəlübən qanın soran,
Qara polad uz qılıcdan qayıtmayan,
^“sB K**-
Ağca tozlu qatı yaydan dərsinməyən.
Ağ yeləklü ötkün oxdan qayıqmayan Canvərlər sərvəri qağan aslan qıran Ala köpək itinə kəndözin taladarmı?
Alp yigitlər savaş güni
qırımından qayurırmı? - dedilər.
Sarı donlı Selcan xatun köşkdən baqar,
Kimə baqsa, eşqiylə oda yaqar!
Sarı donlu qız eşqinə bir “hu!” dedi Qanturalı: “Mərə kafir, aslanını qoy-ver gəlsün!” - dedi. Qara polad uz qılıcım yoq kim, qarvaşduğı dəm iki biçəydim. Sana sığındım comərdlər comərdi, ğəni Tanrı, mədəd!” - dedi. Aslanı qoyu verdilər. Sürdi gəldi. Qanturalı bir kəpənəgi qapağına doladı, aslanın pəncəsinə sunı verdi. Adı görklü Məhəmmədə salavat gətürdi. Aslanın alnın gözədüb bir yumruq eylə urdı kim, yumruq çənəsinə toqundı, ovatdı. Sügsünindən tutdı, belini üzdi. Andan götürüb yerə urdı. Xurd oldı. Təkür öninə gəldi. Ayıtdı: “Yarın qızını mana vergil!” - dedi.
Təkür aydır: “Qızı gətürün verün, bu yigidi gözüm gördi, könlüm sevdi. Gərək dursun, gərək getsün!” - dedi. Yenə qardaşı oğlı aydır: “Canvərlər sərhəngi dəvədir. Anunla dəxi oyunın oynasun, - dedi. Andan sonra qızı verəvüz!” - dedi.
Çün inayət Tanrıdan oldı, bəgün, paşanın himməti Qanturalıya oldı. Təkür “Dəvənin ağzın yedi yerdən bağlan!” -dedi. Həsud kafirlər bağlamadılar, yülərin sıyırıb salı verdilər. Qanturalı qızlar, dəvənin qoltuğından girər, fırlar-çıqar. Sərxoş yigit həm iki canvərlə savaşmışdı. Taymdı, düşdi. Altı cəllad ənsəsinə gəldilər. Yalın qılıc tutdılar. Burada yoldaşları soylamış, görəlim, xanım, nə soylamış:
Qalqubanı, Qanturalı, yerindən durı gəldin,
Yelisi qara Qazılıq atın butun bindin.
Ala gözlü yigitlərin yanına aldın.
Arxu beli Ala dağı dünin aşdın,
Aqındılı suyın dünin keçdin,
Qanlu kafir elinə dünin girdin.
Qara buğa gəldügində xurd-xaş eylədin.
-«|s§ SK**-
Kitabxana.az · https://kitabxana.az/ru/works/xalq-kitabi-dede-qorqud-boy-6
Клавиши ← → для перехода, R — случайное стихотворение