Həmzənin Qıratı aparması
Страница 4 из 4 · 75%
Muradbəyli derlər bizə,
Meydanda mərdlik işləni.
Qoç iyiddən oğul törər,
Düşman gözündə beşləni.
Uca dağlarda duraram,
Çəkib bəzirgan vuraram,
Gündə üç içki quraram,
Yüz min tümənlər xərcləni.
Hay deyəndə haylarım var,
Hoy deyəndə hoylarım var,
Qurdlarım var, aylarım var,
Hay vursam şəhrin boşlanı.
Paşalar Koroğlunu tanımamışdılar. Onlar elə bilirdi ki, bu doğrudan da aşıqdı.
Keçəl Həmzə Çənlibeldən Qıratı gətirəndən bəri at neçə mehtəri
tələf eləmişdi. Heç kəs atın yanına gedə bilmirdi. Mahmud paşa baxdı
ki, bu aşıq deyəsən Qıratı yaxşı tanıyır. Ondan soruşdu:
– Aşıq, budu neçə müddətdi ki, Qıratı gətirtdirmişəm, amma vərəm
dəymiş heç kəsə əl verməyir. Sən onu ipə-sapa öyrədə bilərsənmi?
Koroğlu bunu eşitcək az qaldı ruhu bədənindən uçsun. Tez dedi:
– Bəli.
Mahmud paşa əmr elədi, Koroğlunu Qıratın yanına saldılar.
Qırat Koroğlunu görən kimi tanıdı. Bərkdən kişnədi. Koroğlunun könlü açıldı. Ürəyi coşub tel-tel oldu. Aldı görək nə dedi:
Çənlibeldən səni deyib gəlmişəm,
Alma gözlüm, qız birçəklim Qırat, gəl!
Dəmir libas, polad geyib gəlmişəm,
Alma gözlüm, qız birçəklim Qırat, gəl!
Əzəldən biləydim sənin halını,
Əşrəfidən kəsdirərdim nalını,
Yüz gözələ toxudardım çulunu,
Alma gözlüm, qız birçəklim Qırat, gəl!
Qabaqda qalırmı arpan səhərə?
Üzəngilər nə yaraşar yəhərə...
Dəlilər salmışdı məni qəhərə,
Alma gözlüm, qız birçəklim Qırat, gəl!
Bir atım var atım-atım atılır,
Qulaqları qarğı kimi çatılır,
Ucuzluqda min tümənə satılır,
Alma gözlüm, qız birçəklim Qırat, gəl!
Mərd iyidlər belə baxmaz atına,
Sənsiz getmək olmaz el baratına,
And verirəm Koroğlu qıryatına,
Alma gözlüm, qız birçəklim Qırat, gəl!
Qırat Koroğlunun səsini eşidəndə elə kişnədi ki, yer titrədi.
Koroğlu irəli yeriyib qollarını doladı Qıratın boynuna. Üzündəngözündən
öpüb, yalını-yalmanını tumarladı, ifçin yəhərləyib töylədən
çıxartdı. Keçəl Həmzə töylənin qapısında hazır durmuşdu. İrəli gəlib
Qıratın üzəngisini basdı, dedi:
– Koroğlu, mən dəyirmandakı vədəmi yerinə yetirdim.
Koroğlu Qıratı minəndən sonra əynindəki kürkü çıxartdı, Misri
qılıncının dəstəsindən yapışdı. Tay paşalardan, xanımlardan, bəylərdən soruşma. Hamı bir-birinə dəydi.
Aldı Koroğlu görək nə dedi:
Mindim Qıratın belinə,
Kaş ki, düşman yüz olaydı.
Çəkəndə Misri qılıncı,
Dərə, təpə düz olaydı.
Atı mindim gəzdirməyə,
Düşman bağrın əzdirməyə,
Dona çayı üzdürməyə,
Qırat bir qəvvas olaydı.
Verin yeddi illik xarcı,
Paşalar gətirsin bacı.
Koroğlu çəkib qılıncı,
Düşmən üzbəüz olaydı.
Mahmud paşa hökm elədi, qoşun yerbəyerdən atlanıb Koroğlunun üstünə yeridi. Koroğlu Mahmud paşanın belə hökm verməyini görəndə, aldı görək nə dedi:
Laf eyləmə, dəli paşa,
Ağır-ağır ellərim var,
Bir tamaşa eyləyəsən,
Qılınc çalan qollarım var.
Uca dağlardan daşlanı,
Ağır alaylar boşlanı,
Gəlsələr dava başlanı,
İyid-iyid dəllərim var.
Mən anadan mərd olmuşam,
O Çənlibeldən gəlmişəm,
Koroğluyam, at minmişəm,
Yüz min belə fellərim var.
Koroğlu qoşuna hücum eləyib, mərdanə qılınc vurmağa başladı.
Düşmən çox idi, Koroğlu tək. Yalqızlıq Koroğluya əl verdi. Aldı görək nə dedi:
Ay həzərat, ay camaat,
Heç iyid yalqız olmasın!
Ətim yeyib, qanım içən,
Namərdə möhtac olmasın!
Haşa a bəylər, haşadan,
Qorxmaram xandan, paşadan,
Əsrəyib çıxsa meşədən,
Aslan da yalqız olmasın!
Koroğlunun daş qalası,
Ərşə çəkildi nalası,
Ördək ilə qaz balası,
Göllərdə yalqız olmasın!
Qoşun Koroğlunu aralığa almışdı. Qızğın dava idi. Koroğlu əmud vurur, cida oynadır, şeşpər atırdı. Hansı yana üz çevirirdi düşmanı qatımqatım qatlayırdı. Baş kəsirdi, qol qırırdı, qanı su kimi axıdırdı. Qırat da işi ilə, çəçiyi ilə qoşunu didib tökürdü. Koroğlu Qıratın hünərini görüb, aldı əl üstü:
Ceyrana bənzər qaçışın,
Addımla, qurban qoluna!
Tərlana bənzər uçuşun,
Əl çatmaz ipək yalına!..
Kəsdirrəm gümüşdən yəhər,
Tumarlaram axşam, səhər,
Götür burdan qaç bir təhər
Sikkə vurdurram nalına!
Koroğluyam, güman belə,
Deməyinən gəlməz dilə,
Məni çıxart Çənlibelə,
Qotaz düzdürrəm çuluna!
Qoç Koroğlunun dəli nərəsi düşmanı qorxutmuşdu. Hamının əli
davadan soyumuşdu. Koroğlu sağdan vurdu, soldan çıxdı, soldan vurdu,
sağdan çıxdı, düşmanı şil-küt eləyib bir tərəfdən özünə yol açıb qoşunun
arasından çıxdı.
Mahmud paşa yolları tənablarla neçə yerdən kəsdirmişdi ki, bəlkə
Koroğlu keçib gedə bilməsin, tutsunlar. Qırat tənabların yeddisini bir
eləyib sıçrayırdı.
Koroğlu hər yerdən keçib Çənlibelə yol başladı. Az getdi, çox getdi,
bir də gördü Çənlibel tərəfdən göyün üzü ilə ötüşə-ötüşə bir qatar
durna gəlir. Çənlibel Koroğlunun yadına düşdü.
Aldı, görək nə dedi:
Göynən gedən beş durnalar,
Bizim ellər yerindəmi?
Bir-birindən xoş durnalar,
Bizim ellər yerindəmi?
Söhbət olurdu sazınan,
Ördək olurdu qazınan,
Necə incəbel qızınan,
Tuti dillər yerindəmi?
Sevib, seçib bəyəndiyim,
Sədasından oyandığım,
Arxasında dayandığım,
Çənlibellər yerindəmi?
Bəzirgana sataşdığım,
Qumaşına bulaşdığım,
Dönüb boynundan aşdığım,
Çənlibellər yerindəmi?
Hərdən işvə-qəmzə satan,
Mənimlə ixtilat qatan,
Gələndə atbaşı tutan,
Şux gözəllər yerindəmi?
Çalxalanıb döyündüyüm,
Arxa vurub söyündüyüm,
Qovğa günü öyündüyüm,
Nər dəlilər yerindəmi?
Koroğlu heç deməz yalan,
Toqata salmışam talan,
Cümlə dəlilər, Eyvaz xan,
İyid ərlər yerindəmi?
Koroğlu uzaq yolları keçib gəldi Çənlibelə yetişdi. Qırat Çənlibelə
çatanda elə kişnədi ki, dağlar, dərələr dilə gəldi. Dəlilər tökülüb qabağa
gəldilər. Qıratı tutdular. Koroğlunun Qıratı tapıb sağ-salamat gəlməyinə
hamı sevindi. Şadlıq məclisi qurdular, yedilər, içdilər, keflər
kökəldi. Koroğlunun kefi saz, damağı çağ idi. Badəni badənin dalınca
qara bığlarının altından ötürürdü. Nigar xanım dəlilərə göz basıb Koroğluya dedi:
– Koroğlu, iyidliyinə sözüm yoxdu, amma belə sifətdən çox qarasan ey...
Koroğlu sazını sinəsinə basıb, aldı görək Nigar xanıma necə cavab verdi:
Mənə qara deyən gözəl,
Qaşların qara deyilmi?
Tökülübdü dal gərdənə,
Saçların qara deyilmi?
Hökm ilə oturub durma,
Müjganın sinəmə vurma,
Ala gözə siyah sürmə,
Çəkibsən qara deyilmi?
Koroğlu verdi salamı,
Dolandı cümlə aləmi,
Qüdrətin göhər kalamı,
Yazısı qara deyilmi?
Hamı gülüşdü. Nigar Koroğlunun bu hazır cavabına şad oldu.
Məclis təzədən qızışdı...
Kitabxana.az · https://kitabxana.az/ru/works/xalq-koroglu-dastani-hemzenin-qirati-aparmasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qasid qasidin dalına düzülmüşdü. Xotkara gündə bir xəbər gəlib çatırdı.Özü də bir-birindən qara, bir-birindən bəd xəbərlər:
Mərcan xanımın Çənlibelə gəlməyiDeyillər Həsən xanın üç oğlu, bir qızı qalmışdı. Böyük oğlununadı Əhməd, ortancılın adı Hümmət, kiçiyinin adı Mahmud, qızının da adı Mərcan xanımıydı.Aradan xeyli vaxt keçmişdi. Vaxt o vaxt olmuşdu ki, Mahmud böyüyüb girri bir cavan olmuşdu.
Koroğlunun qocalığıKoroğlu qocalmışdı. Dəlilər başından dağılmışdı. Davadan, vuruşdan yorulmuşdu.Yanında bircə vəfalı alagöz Nigar qalmışdı.
Koroğlu ilə Abdul xocanın görüşüSizə haradan xəbər verim, çardağlı Çənlibeldən. Çənlibeldə Qoç Koroğlu başında da yeddi min yeddi yüz yetmış yeddi dəlisi ilə məskən salmışdır. Heç bir tacir, bəzirgan Çənlibeldən keçib karvan apara bilməzdi. Günlərin bir günü Abdul Xoca Ərzurumdan gəlib Dərbəndə keçməli olur. Yolu Çənlibeldən düşür. Koroğlu da aylarla Ağ qayanın üstündə Abdul Xocanın yolunu gözləyir. Abdul Xoca Çənlibeldən keçən zaman Koroğlu Qıratın belində karvanın başı üstünü alır. Karvan dayanır. Abdul Xoca irəli çıxıb cibindən nal boyda qara pul çıxardıb Korogluya uzadır ki, igid, al, bu sənin yol basman. Koroğlu pulu alır, bir əli ilə əzib Abdul Xocanın üstünə atır. Abdul Xoca işi belə görüb karvana hərəkətə gətirir. Koroğlu bir çovlan edib, götürür "Şahsevəri" havasında görək nə deyir:Çənlibeldən gəldim sənə,
Стихи других поэтов
Kafərdi kor mələk bilə, canə mələk səni,Sultani-hüsnsən yaradıb tanrı tək səni.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Lam-ləng olaMərifət bəhrində, ədəb-ərkanda,Bir igid istərəm lam-ləng ola.
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən