از آن قبل که سر عالم بقا دارم
از آن قبل که سر عالم بقا دارمبدین سرای فنا سر فرو نمیآرم
نشاط من همه زی آشیان نه فلک استاگرچه در قفس پنج حس گرفتارم
نه آن کسم که درین دامگاه دیو و ستورچو عقل مختصران تخم کاهلی کارم
به کاه برگی برگ جهان نخواهم جستچنان که نیست به یک جو جهان خریدارم
دلا جهان همه باد است و خلق خاک پرستنه آتشم که فروزی به باد رخسارم
طمع مدار که از بهر طعمهٔ ارکانعنان جان و خرد را به حرص بسپارم
مباد کز پی خشنودی چهار رئیسدو پادشا را در ملک دل بیازارم
شد آنکه بست فروغ غرور و آتش آزمیان دیدهٔ همت خیال پندارم
از آن خیال من امروز خلوتی جستموز آن فروغ من اکنون فراغتی دارم
بسا که از پی جست جهان چون پرگارچو دایره همه تن گشته بود زنارم
کنون نگر که ازیان منزل نبهره فریببه رسم طالع خود واپس است رفتارم
اگرچه زین فلک آب رنگ آتشبارچو باد و خاک سبک سایه و گرانبارم
چو باد از در هر کس نخوانده درنشومچو خاک هم خود را بیخطر بنگذارم
نیم چو آب که با هر کسی درآمیزمنیم چو ابر که بر هر خسی گهر بارم
چو طوطی ارچه همه منطقم نه غمازمچو تیغ گرچه همه گوهرم نه غدارم
نیاز گر بدرد پیکر مرا از همنبینی از پی کار نیاز پیکارم
چو زر نخواهم خود را اسیر دست خسانز حرص آنکه به زر همچو زر شود کارم
چو آب درنشوم بهر نان به هر گوشهاز آن چو شمع همه ساله خویشتن خوارم
هزار شکر کنم فیض و فضل یزدان راکه داد دانش و دین گر نداد دینارم
ز خلق گوشه گرفتم که تا همی سایدکلاه گوشهٔ همت به چرخ دوارم
به طبع آهن بینم صفات مردم رااز آن گریزان از هر کسی پریوارم
بدانکه چون الف وصل باشم از خواریکه نام نبود و بینند خلق دیدارم
اگر بدانی سیمرغ را همی مانمکه من نهانم و پیداست نام و اخبارم
بدان که نیست کفم چون دهان گل پر زربه دست طعنه چرا که هر خسی نهد خارم
مگر نداند کز عقد عقل و جوهر جانپر است گردن اعمال و دست اسرارم
ازین زبان درافشان چو دفتر اعشیمرصع است به گوهر هزار طومارم
نه مرد لافم خاقانی سخنبافمکه روح قدس تند تار و پود اشعارم
ز کس به دهر خجل نیستم بحمد اللهمگر ز ایزد و استاد صدر احرارم
به شکر ایزد و استاد در مقام سجودنهاده سر به زمین همچو کلک و پرگارم
به شکر صدر زمان هر زمان به بحر سخنصدف مثال دهان را به در بینبارم
عیار شعر من اکنون عیان تواند شدکه رای روشن آن مهتر است معیارم
کلیم طور مکارم اجل بهاء الدینکه مدح اوست مسیحای جان بیمارم
سپهر حمد و سعادات سعد دین احمدکه خاک درگهش افزود آب بازارم
ملک صفاتی کاندر ممالک شرفشسپهر گفت که من کمترین عمل دارم
پیام داد به درگاهش آفتاب که منتو را غلامم از آن بر نجوم سالارم
نگر چگونه نگهداریم ز نحس وبالکه در حریم جلالت همی به زنهارم
ستاره گفت منم پیک عزت از در اواز آن به مشرق و مغرب همیشه سیارم
ایا غیاث ضعیفان و غیث درویشانبه باغ مدح تو بر شاخ معرفت بارم
اگر چه نام من اندر حساب «الشعراست»ز مدحت تو به «الاالذین» سزاوارم
به پیش فیض تو ز آن آمدم به استسقاکه وارهانی ازین خشکسال تیمارم
صورنگار حدیثم ولی هر آن صورتکه جان در آن نتوانم نمود ننگارم
کدام علم کز آن عقل من نیافت اثربیازمای مرا تا ببینی آثارم
بدین قصیده که یکسر غرائب و غرر استسزد که خوانی صد چون لبید و بشارم
بمان به دولت جاوید تا به حرمت توزمانه زی حرم خرمی دهد بارم
Əbədiyyət aləminə yol saldığım üçün, mən,Baş əymərəm fani dünya sarayına qətiyyən.
Beş hissimin pəncəsində olmuşamsa giriftar,Doqquz fələk dərgahından pay alıram qış, bahar.
Nə divlərin tor qurduğu yer qayğısı çəkirəm,Nə ağlımla sehir, cadu toxumunu əkirəm.
Bu dünyadan bir yaxşılıq axtarmıram heç zaman,Çünki mənə qiymət qoymur arpa qədər bu cahan.
Fani dünya bir küləkdir, dolanır min kələklə,Od deyiləm, qızardasan yanağımı küləklə.
Güman etmə çörək payı umum mən yad kəslərdən.İdrakrımın cilovunu nəfs əlinə verim mən.
Dörd ünsürü razı salmaq xatirinə, gəl, inan,Ağıl və nəfs şahlarını incitmərəm heç zaman.
Tamahkarlıq ehtirası işıqlatmaz bu canı,Hikmətimin gözlərilə seyr edirəm dünyanı.
Hümmətimin qüdrətilə tapdım xəlvətdə şadlıq,Onun parlaq işığıyla əldə etdim rahatlıq.
Pərgar kimi bu cahanı dövrə vurub dolandım,Zünnar kimi bir dairə içində çox dayandım.
Bir fikir ver, bu riyakar, aldadıcı mənzildən,Taleyimin yardımıyla necə çıxıb qaçdım mən.
Od yağdıran su rəngli bu səma məni etdi zar,Hava kimi yüngül oldum, torpaq kimi xaksar.
Külək kimi icazəsiz açmaram heç məskəni,Torpaq kimi qoruyaram qəlbimdəki məxzəni.
Su kimi mən hər yetənin kandarında çökmərəm,Bulud kimi hər tikanın üstə göhər tökmərəm.
Tuti kimi dil açsam da, deyiləm mən hiyləgər,Qılınc kimi parlasam da, deyiləm mən kinovər.
Ehtiyacım başımı da kəssə, fəğan etmərəm,Çörək üçün alçaqların qapısına getmərəm.
Xəsislərin əllərində əsir olmam zər kimi,Var-dövlətdən üz döndərrəm bir vüqarlı ər kimi.
Hər qapıya çörək üçün su tək axmadım, inan,Ona görə torpaq kimi tapdanıram hər zaman.Allahıma min bir şükür eyləyirəm qəlbi şad,Mənə dinar verməmişsə, vermiş bilik, etiqad.Kənar gəzdim insanlardan, hümmət oldu dayağım,Hümmətimin sayəsində göyə dəydi papağım.Dəmir kimi təbimlə mən yoxladım sifətləri,Yanlarından qaçdım - necə cindən qaçar hər pəri.Görünsəm də vəsl əlifi kimi hər bir ünvanda,Heç kəs mənim varlığımdan xəbər tutmaz bir an da.Biləsən ki, Simurq kimi vardır adım, şöhrətim,Lakin bütün nəzərlərdən gizli qalmış surətim.Qızılgül tək ovcum içrə qızıl yoxdur, bil, aman,Neçin mənə həqarətlə tənə vurur hər tikan?Kim bilməyir, mənim ağlım və canımın gövhəri,Öz işimlə açır daim açılmayan sirləri.Əşa kimi dilim səpir saf incini aşikar,Yaratmışam cavahirlə bəzədilmiş min tumar.
Mən söz düzən Xaqaniyəm, sözlərimdə yox yalan,İsa mənim əşarımı nəzmə salar hər zaman.
Şükr olsun ki, çəkməmişəm mən xəcalət kimsədən,Xəciləm bir allahımdan, bir də ustad Əhməddən.
Minnətdaram allahıma, bir də böyük rəhbərə,Önlərində qələm, pergar kimi baş qoydum yerə.
Zəmanənin başçısına verən dəmdə imtahan,Sədəf kimi ağız açıb, inci verrəm ərməğan.
Bu gün mənim şerimin də bəlli olar dəyəri,Layiqincə qiymət alar, razı salsa rəhbəri.
Bəhaəddin Səid oldu Musa kimi mötəbər,Onun mədhi xəstə cana İsa kimi ruh verər.
Dinin möhkəm sütunudur, sitayişin dayağı,Gözlerimin sürməsidir qədəminin torpağı.
O, bir mələk sifətlidir, şərəfi var, şanı var,Fələk ona baş əyərək, qarşısında qul olar.
Günəş ona belə dedi: "Sənə qulam olandan,Ulduzların aləmində mənəm vahid hökmran.
Məni qoru bəlalardan, bir halıma nəzər sal,Dilə gəldim hüzurunda, məni əzir qəm, məlal".
Ulduz dedi: "İzzətinin peyki oldum əzəldən,Ona görə şərq ilə qərb arasında gəzdim mən.
Ey zəiflər pənahı, ey dərvişlərin qəmxan,Sənin tərif baxçanda mən oldum mərifət barı!
Əgər mənə el içində şair adı vermişlər.Səni tərif edəndə mən oldum belə süxənvər.
İstisqalı xəstə kimi qapına gəldim əlan,Ki, sən mənə öz feyzinlə verəsən dəva, dərman.
Rəssam kimi yaratsam da mən bir hədis, yaxşı bil,Can şirəmlə verməliyəm ona həm ruh, həm şəkil.
Bütün məlum elmlərdən olmuşam mən xəbərdar,İstəyirsən, gəlib yoxla, gör qəlbimdə nələr var.
Başdan-başa qəribədir yazdığım bu qəsidə,Belə hünər nəsib olmaz yüz Bəşşara, Ləbidə.
Yaşa daim izzətinlə, dövlətinlə, ey ustad!M ən də sənin kərəmindən pay alaraq, olum şad.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xaqani-qeside-144
Клавиши ← → для перехода, R — случайное стихотворение