در ساحت زمانه ز راحت نشان مخواه
در ساحت زمانه ز راحت نشان مخواهترکیب عافیت ز مزاج جهان مخواه
Zəmanədə axtarma rahatlıqdan bir əsər,Umma ki, dünya sənin dərdinə dərman edər.
در داغ دل بسوز و ز مرهم اثر مجویبا خویشتن بساز و ز همدم نشان مخواه
Qəm odunda yan, kül ol, yaddan istəmə məlhəm,Öz dərdinə özün qal, bilmə kimsəni həmdəm.
اندر قمارخانهٔ چرخ و رباط دهرجنسی حریف و همنفسی مهربان مخواه
Çərxin qumar evində həriif tapılmaz sənə,Dəhrin karvansarası düşərgə olmaz sənə.
گر در دم نهنگ درآیی نفس مزنور در دل محیط درافتی کران مخواه
Nəhəng udsa da səni, haray salma, səbr elə,Boğulsan da, girdabda əl uzatma sahilə.
از جوهر زمانه خواص وفا مجویوز تنگنای دهر خلاص روان مخواه
Sədaqəti, vəfanı məgər sevirmi dövran?Gözləmə ki, o səni eylər xilas bəladan.
از ساغر سپهر تهی کیسه می مخوروز سفرهٔ جهان سیهکاسه نان مخواه
İçmə, qədəh tutarsa əlində müflis fələk,Süfrəsindən bu xəsis dünyanın alma çörək.
گر خرمن امید سراسر تلف شوداز کیل روزگار تلافی آن مخواه
Yanıb ümid xərmənin külə dönsə də əgər,Göz dikmə ki, ruzigar zərərini ödəyər.
در ساحت جهان ز جهان یاوری مجویدر آب غرقه گرد و ز ماهی امان مخواه
Razı olma dünyada hamin olsun padişah,Suda boğul, aparma naqqa balığı pənah.
دل گوهر بقاست به دست جهان مدهگوگرد سرخ تعبیه در خاکدان مخواه
Vermə dünyaya könlün, o qiymətli gövhəri,Qırmızı kükürd deyil, o gövhərin dəyəri.
عزلت تو را به کنگرهٔ کبریا بردآن سقفگاه را به ازین نردبان مخواه
İlahiyyat ərşinə səni izlət çatdırar,Bundan yaxşı nərdivan o məqama harda var?
همت کفیل توست، کفاف از کسان مجویدریا سبیل توست، نم از ناودان مخواه
İnsanlara dikmə göz, hümmət sənə arxadır,Göz çək novdan suyundan, sənə layiq dəryadır.
خاصانه چون خزینهٔ خرسندی آن توستعامانه از فرشتهٔ روزی ضمان مخواه
Şadlıq xəzinəsinə ağalıqla yiyələn,Ruzi verən mələyə heç vaxt ağız açma sən.
زان پس که چار صحف قناعت بخواندهایخود را ز لوح بوطمعی عشر خوان مخواه
Qənaətin vəsfində dörd kitab oxumusan,Tamahkarlıq dərsini başlama əlifbadan.
چون فقر شد شعار تو برگ و نوا مجویچون باد شد براق تو برگستوان مخواه
Varlanmağa çalışma, yoxsulluğu et şüar,Yelqovana baş əymə, külək sənə at olar.
دل را قرابهوار مل اندر گلو مکنتن را پیالهوار کمر بر میان مخواه
Könülün boğazına şərab tökmə kuzə tək,Sürahi tək, yetənə xidmət etməkdən əl çək!
در گوشهای بمیر و پی توشهٔ حیاتخود را چو خوشه پیش خسان ده زبان مخواه
Acından ölsən belə, xəsislərin önündə –Ondilli sünbül kimi gedib əyilmə gündə.
بل تا پری ز خوان بشر خواهد استخوانتو چون فرشته بوی شنو استخوان مخواه
Sümük qapar pərilər insanların əlindən,Mələk kimi qoxu çək, sümüyə göz dikmə sən!
گو درد دل قوی شو و گو تاب تب فزایزین گلشکر مجوی و از آن ناردان مخواه
Qoy ürəyin ağrısın, qızdırmadan cana gəl,Gülqənd üçün, nar üçün hər nakəsə açma əl!
از بهر تب بریدن خود دست آز رااز نیستان هیچکسی تبستان مخواه
Qızdırmanı kəsməyə qarğı lazımsa əgər,Kəs tamah barmağını – qarğını əvəz eylər.
داری کمال عقل پی زور و زر مشوزرادخانه یافتهٔ دوکدان مخواه
Kamalın, əqlin ki var, nə zor axtar, nə zər gəz!Cəhrəçinin ipliyi bafta üçün gərəkməz.
چون شحنهٔ نیاز ز دست تو یاوگی استترس از تکین مدار و پناه از طغان مخواه
Ehtiyacın darğası tabe ikən Qubada,Mülkündən qorxma, demə: – Tuğan gəlsin imdada!
وحدت گزین و محرمی از دوستان مجویتنها نشین و همدمی از دودمان مخواه
Dostlara bel bağlama, tək yaşa, azad yaşa!Həmdəm axtarıb açma ağız qohum-qardaşa.
چون دیدهای که یوسف از اخوان چه رنج دیدهم ناتوان بزی و ز اخوان توان مخواه
Yusifin əhvalını hər zaman yad edərək,Aciz qalsan, istəmə qardaşlarından kömək.
سرگشتگی زمان نگر و محنت مکانآسایش از زمان و فراغ از مکان مخواه
Zaman sərgərdan etmiş səni, məkan – bağrı qan,Umma fərəh, fəraqət nə məkan, nə zamandan.
در چار سوی کون و مکان وحشت است خیزخلوت سرای انس جز از لامکان مخواه
Dörd yol ayrıcı dünya vəhşətlə dolmuş daha,Ünsiyyət xəlvətini axtar, sığın Allaha.
این مرغ عرشی ار طلب دانهای کندآن دانه جز ز سنبلهٔ آسمان مخواه
Bu ərşin quşu səndən əgər tələb etsə dən,O dəni topla ancaq göylərin sünbülündən.
خاقانیا زمانه زمام امل گرفتگر خود عنان عمر بگیرد امان مخواه
Ey Xaqani, ümidin ipini kəsmiş zaman,Ömr ipini kəssə də, aman istəmə ondan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xaqani-qeside-187
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
MəsnəvilərNeçə şərt ilə ölçülərsə camal,Şərt-əvvəldir hüsnə əqlü kamal.
BilməzəmSəbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**