راه نفسم بسته شد از آه جگر تابکو هم نفسی تا نفسی رانم ازین باب

از هم نفسان نیست مرا روزی ازیراکدر روزن من هم نرود صورت مهتاب

بی هم نفسی خوش نتوان زیست به گیتیبی‌دست شناور نتوان رست ز غرقاب

امید وفا دارم و هیهات که امروزدر گوهر آدم بود این گوهر نایاب

جز ناله کسی همدم من نیست ز مردمجز سایه کسی همره من نیست ز اصحاب

آزردهٔ چرخم نکنم آرزوی کسآری نرود گرگ گزیده ز پی آب

امروز منم روز فرو رفته و شب نیزسرگشته ازین بخت سبک‌پای گران خواب

نالنده و دل مرده تر از مرغ به شبگیرلرزنده و نالنده‌تر از تیر به پرتاب

گرم است دمم چون نفس کورهٔ آهنتنگ است دلم چون دهن کوزهٔ سیماب

با این همه امید به بهبود توان داشتکان قطرهٔ تلخ است که شد لولو خوشاب

راحت ز عنا زاید و شک نی که به نسبتزان حصرم خام است چنین پخته می‌ناب

از دادهٔ دهر است همه زادهٔ سلوتاز بخشش چاه است همه ریزش دولاب

ای مرد سلامت چه شناسد روش دهراز مهر خلیفه که نویسد زر قلاب

از حادثه سوزم که برآورد ز من دودوز نائبه نالم که فرو برد به من ناب

سرگشته چه گویم که سر و پای ندارمخسته به گه خرط و شکسته گه طبطاب

بیمارم و چون گل که نهی در دم کورهگه در عرقم غرقه و گه در تبم از تاب

حاجت به جو آب است و جوم نیست ولیکندل هست بنفشه صفت و اشک چو عناب

چون زال به طفلی شده‌ام پیر ز احداثزآن است که رد کردهٔ احرارم و احباب

خرسندی من دل دهدم گر ندهد خلقسیمرغ غم زال خورد گر نخورد باب

همت به سرم گفت که جاه آمد مپذیرعزلت به درم کوفت که فقر آمد دریاب

زان دل که در او جاه بود ناید تسلیمزان نی که ازو نیشه کنی ناید جلاب

مگزین در دونان چو بود صدر قناعتمنگر مه نخشب چو بود ماه جهان تاب

ایام به نقصان و تو را کوشش بیشیخورشید به سرطان و تو را پوشش سنجاب

کی فربهی عیش دهد آخور ایامکی پرورش پیل بود جانب سقلاب

تکیه نکند بر کرم دهر خردمندسکه ننهد بر درم ماهی ضراب

دهرا چه کشی دهره به خون ریختن منخود ریخته گردد تو مکش دهره و مشتاب

قصاب چه آری ز پی کشتن ماهیخود کشته شود ماهی بی‌حربهٔ قصاب

هان ای دل خاقانی اگرچه ستم دهربرتافتنی نیست مشو تافته برتاب

نقدی که قدر بخشد چه قلب، چه رایجلفظی که قضا راند چه سلب، چه ایجاب

خط بر خط عالم کش و در خط مشو از کسدل طاق کن از هستی و بر طاق نه اسباب

جاهل نرسد در سخن ژرف تو آریکف بر سر بحر آید پیدا نه به پایاب

تحقیق سخن گوی نخیزد ز سخن دزدتعلیق رسن باز نیاید ز رسن تاب

کو آنکه سخندان مهین بود به حکمتکو آنکه هنر بخش بهین بود به آداب

کو صدر افاضل شرف گوهر آدمکو کافی دین واسطهٔ گوهر انساب

کو آنکه ولی نعمت من بود و عم منعم نه که پدر بود و خداوند به هر باب

آن فخر من و مفتخر ماضی اسلافآن صدر من و مصدر مستقبل اعقاب

آن خاتمهٔ کار مرا خاتم دولتآن فاتحهٔ طبع مرا فاتح ابواب

در دولت عم بود مرا مادت طبعمآری ز دماغ است همه قوت اعصاب

زو دیو گریزنده و او داعی انصافزو حکمت نازنده و او منهی الباب

زآن عقل بدو گفته که ای عمر عثمانهم عمر خیامی و هم عمر خطاب

ادریس قضا بینش و عیسای شفا بخشداده لقبش در دو هنر واضح القاب

از نعش بُدی تختش و از تیر فلک میلوز قوس قزح زیجش وز ماه سطرلاب

دانم که دگرباره گهر دزدد ازین عقدآن طفل دبستان من آن مردک کذاب

هندو بچه‌ای سازد ازین ترک ضمیرمزآن تا نشناسند بگرداند جلباب

چون خیمهٔ ابیات چهل پنج شد از نظمبگسست طناب سخن از غایت اطناب

Ahımla cigər yandı, kəsilmiş nəfəsim də,Yox dərdimi şərh etməyə bir həmnəfəsim də.Dostlar mənə pay verməyir, ölsəm də acından,Göstərməyir üz Ay işığı çünki bacamdan.Həmdəmsiz, inan, ömr hədərdir bu cahanda,Qolsuzsa əgər, üzgüçü neylər boğulanda?Ümmid eləyirdim ki, vəfadar taparam mən,Əfsus ki, vəfa gövhərini vermişik əldən.Yox kimsə, fəqət, qəmlər olubdur mənə həmdəm,Dost yoxdur, olub yoldaşım ancaq quru gölgəm.Yox kimsəyə meylim, məni dövran eləyib xar,Qurd dişləyən insan suya meyl eyləməz izhar.İndi o qara bəxtli, qara günlü mənəm, mən,Qəflət yuxusu daştək asılmışdı gözümdən.Yandım - əridim şam kimi, öldürdü məni qəm,Yaydan çıxan oxtək yayılır aləmə naləm.Odlu nəfəsim isti dəmirci kürəsindən,Civə kuzəsi ağzı genişdir ürəyimdən.Ancaq yenə də xoş günə ümmid var, əlbət,Bir qətrə sudan inci yetirməzmi təbiət?Sən zəhmətə qatlaş ki, rahatlıq yaradandır,Yetkin və təmiz mey ki, var, o kal qoradandır

Hər nə ki, doğulmuş, onu bəxş etdi təbiət,Dolda su çıxırsa, quyudandır bu kəramət.Dəhrin gedişin dərk eləməz qəmsiz olan kəs,Xəlfə adına saxta qızıl sikkə götürməz.Bu hadisə yaxdı məni, tüstüm göyə çıxdı,Dad, möhnət əlindən ki, mənim şirəmi sıxdı.Avarə topam ki, nə əlim, nə ayağım var,Yonduqda əzərlər, oyun olduqda qırarlar.Solğun bənizim bir oda düşmüş gülə oxşar,Gah tərləyirəm, gah canımı çulğayır odlar.Arpa ki, yoxumdur, nəyə lazım bu çuval-qab?Qəlbimdi bənövşə, gözümün yaşıdır inab.Oldum qoca o Zal kimi lap görpə ikən mən,Çünki məni dostlar hamısı saldı nəzərdən.Xalq vermədi, şadlıq mənə ümmid gətirdi,Zalı atası atsa da, Simurğ götürdü.Hümmət dedi: mal-dövlət əgər gəldi, uzaq et,Üzlət dedi: yoxsulluq əgər gəldi, qonaq etBir qəlbdə şöhrət ola, hörmət ola bilməz,Nizə edilən qarğıda şərbət ola bilməz.Alçaqların açma qapısın, eylə qənaət,Baxma hilala sap kimidir, bədr olar əlbət.Sincab geyimindir, Günəş isə Sərətanda,Günlər gödəlir, artmaz adın, bil, bu zamanda.Dövran nə zamandan bəri şadlıq edir ehsan?Səqlabda haçandan bəri fıl bəsləyir insan?Ummaz bu cahandan kərəm hər aqil olan kəs,Zərrab balığın pulunu sikkə kimi kəsməz.Dəhrə çəkib, ey dəhr, mənim qanımı tökmə,Qanı axacaqdır özü, sən dəhrəni çəkmə!Qəssabı çağırmaz balığı kəsməyə kimsə.Ölmüş görəcəkdir balığı, şayəd o gəlsə.Xaqani, cahan zülmü ipə bənzəyər, hərdəm,Tov versən ona, bağlayacaqdır daha möhkəm.Bir pul ki, qədər verdi, əsil, saxtası olmaz,Bir söz ki, qəza yazdı, yalan, doğru-pozulmaz.Aləm xətinə xət çək, özün bir kəsə satma!Qəlbin bədənindən ayır, əmlakə can atma!Cahil olana sözlərinin mənası çatmaz,Çör-çöp həmişə üzdə gəzər, dəryada batmaz.Söz oğrusu, söz sərrafı heç vaxt ola bilməz,Kəndir eşənə kəndirbaz adı verilməz.Nə oldu o hər kəhnəsi hikmət dolu insan?Nə oldu ədəb kanı, hünər bəxş edən o can?Nə oldu fəzilətdə bütün varlığa gövhər?Nə oldu əmim Kafiyəddin, ali nəsəb ər?Nə oldu mənim varlığımın hamisi? Getdi!Əmi demirəm, Çünki, atamı əvəz etdi.O, həm mənim, həm əcdadımın fəxri, pənahı,O, nəslimizin həm bugünü, həm də sabahı.O, təbimə yol açdı mənim, tutdu əlimdən,O getdi, nəyim vardı, tamam getdi əlimdən.Təbim əmimin hümməti ilə belə parlar,Qüvvət alır, əlbəttə, beyindən bu damarlar.Pislikləri dəf etdi o, hikmət çəmənindən,İnsafa çağırdı bizi, div qaçdı önündən.Osman atası, ismi Ömər, fıkri münəvvər,Əqlində Ömər Xəyyama, Xəttabə bərabər.Oxşardı iki şəxsə hər hikmətdə o, şəksiz,Bir həzrəti İsa, biri də həzrəti İdris.Vermişdi Ay, ulduzlar onun təxtinə seyqəl,Üstürlıbı Ay, qövsi-quzeh çəkdiyi cədvəl.Məktəbli uşaq olduğumu dərk elədim mən,ol vaxt ki, bir oğru göhəri qapdı əlimdən.Hindli nə bilir indi bu qəlbimdə nələr var,Bilməzsə kiməm, geydirəcək sadəcə paltar.Çün beytlərin sayı gəlib qırx beşə çatdı,Qurtar sözü, şair ki, bu şerin, başa çatdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов