طبع کافی که عسکر هنر است
طبع کافی که عسکر هنر استچون نی عسکری همه شکر است
قطرهٔ کوثر و قمطرهٔ قنداز شکرهای لفظ او اثر است
نه کلکش به نیشکر ماندکز پی تب بریدن بشر است
گل شکر را ز رشک نیشکرشزهر در حلق و خار در جگر است
نی مصریش قند میزایدتا سمرقند قند او سمر است
در شکرریز نوعروس سخننی مصریش خاطب هنر است
بل عروس فلک ببرد دستکان نی مصر یوسف دگر است
گر شکر زاد کلک او چه عجبپس شکر خواهد این عجب خبر است
زعفران گرچه بیخ در آب استآرزومند ژالهٔ سحر است
زین اشارت که کرد خاقانیسر فراز است بلکه تاجور است
پشت خم راست دل به خدمت اوهمچو نون و القلم همه کمر است
بختم از سرنگونی قلمشچون سخنهای او بلند سر است
سیم و شکر فرستم و خجلمکه چرا دسترس همین قدر است
شکر و سیم پیش همت اواز من و شعر، شرمسار تر است
خود دل و طبع او ز سیم و شکرکان طمغاج و باغ شوشتر است
شعر گفتم به عذر سیم و شکرمختصر عذر خواه مختصر است
سیم سنگ است پیش دیده از آنکهر تراشش ز کلک او گهر است
اتصال نجوم خاطر اوفیض طبع مرا نویدگر است
زین سپس ابروار پاشم جانکاین قدر فتح باب ماحضر است
تا ابد نام او بر افسر عقلمهر بر سیم و نقش بر حجر است
Kafınin təbidir hünərə əsgər,Əsgəri ney kimi şəkərdir, şəkər.Hər şərbət kasası, kövsər qətrəsi,Olub sözlərinin bir nümunəsi.Qızdırmanı kəsən neyşəkər kimi,Dərdə dərman edir qarğı qələmi.
Gülqənd, o qarğıya paxıllığından.Boğazda zəhərdir, ciyərdə tikan.
Bu qələm yaradır elə şirin qənd,Ki, olmuş müştəri ona Səmərqənd.
Sözün gəlinini köçürdən zaman.Onun qələmidir xütbə oxuyan.
O qələm hüsndə Yusifə oxşar,Görsə göy gəlini əlini doğrar.
Heyrət etmə, versə qələmi şəkər,Qəribədir, şəkər istəsə əgər.
Kökü su içində olan zəfəran,Səhərin şehini arzular hər an.Xaqani mədh etsə onu nə qədər,Başı uca olar, iftixar edər.
Xidmətində necə "nun-vəlqələm",Qəddi xəm, qəlbi düz dayanan mənəm.
Taleyim qələmi sayəsində, bax,Onun sözləri tək yüksəlir ancaq.
Göndərə bildimsə ona gümüş, qənd,Bu töhfə çox azdır, çəkdim xəcalət.
Hümməti önündə gümüş və şəkər,Utanar mənimlə şerimdən bətər.
Gümüş və şəkərdən təbi, damağı,Təmğacın kanıdır, Şüştərin bağı.
Qənd, gümüş üzrilə mənzumə dedim,Az şeyin üzrü də azdır, nə edim?
Gümüş bərabərdir gözündə daşa,Ləldir qələmindən qopan talaşa.
Çünki qələmindən qopan o yonqar,Mirvariyə bənzər, inciyə oxşar.
Fikrinin qovuşan ulduzlarından.Təbimə bir ilham gələr hər zaman.
Ona bundan belə can verərəm mən,İndilik bu gəlir yalnız əlimdən.
Gümüş, ya daşdakı naxışlar kimi,Düşüncə tacıma həkk olmuş ismi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xaqani-qeside-28
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
در پرتو دیدار تو انوار تجلیست
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?
QırqovulQırqovul nə gözəl quşdu,Biri bir gün göldən uçdu,
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.