شمع شب‌ها بجز خیال تو نیستباغ جان‌ها بجز جمال تو نیست

رو که خورشید عشق را همه روزطالعی به ز اتصال تو نیست

شو که سلطان فتنه را همه سالسپهی به ز زلف و خال تو نیست

رَخش شوخی مران که عالم راطاقت ضربت دوال تو نیست

سغبهٔ وعدهٔ محال توامکیست کو سغبهٔ محال تو نیست

همه روز ار ز روی تو دورستهمه شب خالی از خیال تو نیست

ز آرزوها که داشت خاقانیهیچ وهمی بجز وصال تو نیست

Gecələr şam kimi yanır xəyalın,
Can bağın bəzəyir sənin cəmalın!

Məhəbbət günəşi hər gün saçır nur,
Olmuşdur o ancaq sənin misalın.

Fitnələr şahının ləşkəri hər il
Olmuşdur həmişə o zülfu xalın.

Gözəllik Rəxşini çapma hər yana,
Aləmi dağıdar zərbin, vəbalın.

Mən sənin işvənə könül vermişəm,
De, kimə dəyməmiş sənin zəvalın?
Xaqani daima arzulayır ki,
Ona nəsib olsun bir gün vüsalın.
Hər gün xəyalında sənsən, gecələr,
Bil, onu bağrına basır xəyalın!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов