Bu dünya belə qurulmuş, dövlət-var üstündədir,Ərül-qərül mal qazanır, tarımar üstündədir.Adəm ata, Həvva ana atdılar ol cənnətə,Qorxuram ki, aldanalar, şeytan şər üstündədir.

Bir anadan törəmişik, başqa-başqa dilimiz,Yarın haqqın divanında həp bir olur halımız.Göz görəmməz, ayaq tutmaz, nə çətindi yolumuz.Üstü körpü, altı qazan, o da nar üstündədir.

Xəstə Hasan, sözlərimi dinləyənə nəsihət,Yatanda eylə salavat, qalxanda et vəsiyyət.Göydən yağmadı rəhəmət, yerdən qalxdı bərəkət,Keçdi günüm, doldu sinnim, ixtiyar üstündədir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов