Ol şəm’ ki, nuri-ənbiyadır,Ol nur ki, mahi-övliyadır.Dedi ana heyyi-sanei-pak:Lövlak lima xilqətül-əflak.Müştaqi anın qamu peyəmbər,Mə’muri anın mülukü Səncər.Ol izi türabi-qürrətül-eyn,Ol mayə məqami-qabi-qövseyn.Ol qıldı münəvvər afitabi,Şəqq etdi əlilə mahtabi.Kafir dilədi dəlili-tövzih,Rik etdi anın əlində təsbih.Çün badi-səhər pəyamə gəldi,Ahu yügürüb səlamə gəldi.Qəsd etdi ana çü xəsmi-bədxu,Şəhd oldu anın önündə ağu.Gül verdi anın düri-sifatın,Qumrular oxudu mö’cüzatın.Daş mö’cüzü birlə dilə gəldi,Həm sayəsi nuri bilə gəldi.Ayağı basan yer oldu sər tac,Cövlani-Buraqi suyi-me’rac.Tə’n etdi fələkdə mehrü ayə,Salmadı vücudi yerə sayə.Din ləşkərinə himayət etdi,Həq yolu bizə hidayət etdi.Öz ümmətini qılıb güzidə,Oldu dü cəhanda nuri-didə.Həm şə’ninə münzəl oldu Qur’an,Qərq eylədi küfrü, oldu fürqan.Çün xətmi-dəlili rövşən oldu,

Əşcar əgildi, səcdə qıldı.Nur etdi yeri yüzi çırağı,Pür etdi saçı qamu dimağı.Ol şəb ki, yeridi suyi-cəbbar,Cəbril önüncə ğaşiyədar.Həq həzrəti saru yol varanla,Rəfrəflə töküldü səndəs anda.Xətm oldu cəmin-ənbiyadə,Oldu mələkut ana piyadə.Ruhül-qüdüs oldu ğaşiyədar,Keçdi yedi gögləri səbəbkar.Nə’lini-xücəstə basdı ərşə,Nuri-rüxi doldu ərşü fərşə.Gər cümlə peyəmbər etdi mö’ciz,Mö’cüzdə qamuni qıldı aciz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов