Vaveyla ki, yar getdi əldən,Ol sevgi nigar getdi əldən.

Yandım ğəm oduna sərbəsər, ah,Dəstimdə nə var, getdi əldən.

Şad olma, könül, çək imdi ğəmlər,Ğəm həmdəmi yar getdi əldən.

Neysan kimi tək gil, ey gözüm, yaş,Ol tazə bəhar getdi əldən.

Bülbül təki dil fəğanə düşgil,Güldəstə üzar getdi əldən.

Bu səbrü qərar getdi məndən,Namus ilə ar getdi əldən.

Canım diləgi, rəfiqü yarım,Hər nəstə ki, var getdi əldən.

Düş ayağa kölgə tək, Xətayi,Ol sərvi-çinar getdi əldən.

Gəh zari, gəhi dilimdə nalə,Düşdüm yenə mən şikəstə halə.Yandım ğəm oduna sərbəsər mən,Oldum yenə məstü bixəbər mən.Dildən yenə atəş etdi cuşi,Həm dərdi-dərun edib xüruşi.Gördüm ki, kim isə yox rəfiqim,Bu işdə ənisü həm şəfiqim.Səbr etmək idim dedim behər hal,Faş olmaya xəlqə sirri-əf’al.Heç səbrü təhəmmülüm yox idi,Dərdim yüküşü ğəmim çox idi.Bir yar idi var mənə qədimiKim, könlümün ol idi nədimi.Qılmışdı mənimlə elmi təhsil,Çox ay rəfiqim idi, çox il.Həm dərs oxur idi bir səbəqdə,Ancaq nə səbəqdə, bir vərəqdə.Görüş yox idi dər mədaris,Qəmxanə bolub ana məcalis.

Olmuş məni istəyə müsafir,Tərk olmuş ana zi ğəm dəfatir.Mənsiz bu cahan ana daralmış,Rüxsarı mənim təki saralmış.Gəldi məni istəyə begülzar,Gördü məni munda ağlaram zar.Olmuş bu ğəm ilə didə giryan,Der: – Noldu sana, e munisi-can?Dedim: – Nə sorarsan, ey bəradər?Kim, yuddu rəfiqi eşqi-əjdər.Sataşdı gözümə yari-məhvəş,Gül yüzlü pəri, nigari-məhvəşQalmadı qərar, usum tükəndi,Ol nəng ilə namusum tükəndi.Dərs imdi fəğanü dadə döndü,Biliş mana qamu yadə döndü.Uş peyki-Səbanı bəndə saldı,Mən xanda idim ki, xanda saldı.Məktubimi aldı parə qıldı,Ağ yüzüni dəxi qarə qıldı.Halım budurur, e həmdəmi-dil,Tədbir nədir, mana dəva qıl,Leykin demə səbr edim, təhəmmül.Canım tükənir dəmi-təəllül.Der bir dəxi göndər ana məktub,Meyl edə məgər görəndə məhbub.Amma biləsincə kişi qoşun,Hər xansı xoş isə əqlü huşun.Dedim ki, bu qatla huş varsun,Bu naməyə pərdəpuş varsun.Yondum yenə ba həvəs qələmni,Qirtas üzə çəkib rəqəmni.Dil yazdı mühəqqəq ol nişanı,Nəsx etməyə xətti-reyhan anı.Allahın adını yardım əvvəl,Söz xətmi kəlamə boldu əkməl.Qıldım anı sərbəsər xəmidə,

Bolmaya hava görüb dəmidə.Ey namə, dedim ki, var ana sən,Yanında məgər məni anasən.Naməmdə qılıb bu şe’ri məktub,Ünvani içində nami-məhbub.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви