Yarəb, irağ etmə cismü cani,Heç bəndəyə verməgil sən ani.

Sanma bu sözü bəyani-vaqe,Sözdür qamusu be sərzəbani.

Vəslin dilərəm vəfalı yarınKim, fanidürür məcaz, fani.

Çox məstə sifətdə zahir, ey dust,Görsət yüzünü bizə nihani.

Bu fani ömür cahanda qalmaz,Bəxş et bizə ömri-cavidani.

Bu dari-cəhan çü bir fənadır,Vergil bizə xaneyi-bəqani.

Üç nəstədürür səbəb bu naməKim, boldu zəruri qılamğ ani.

Əvvəl səbəb oldu nəzmi-tövhidKim, bəndəligin odur nişani.

İkinci bu kim, olanda ğəmginBu könlünün ola mehribani.

Üçüncü bu kim, qalursa xoşdurBu dünyadə hər kimin nişani.

Ta deyə ani görən mühüblər,Rəhmətlik ola anın rəvani.

Hər kim ki, bizi anarsa bolsunDər bürci-səadət aşiyani.

Kiməm ki, deyəm Xətayiyəm mən,Əhsəntü təbarək, ey filani.

Kim muni oxur, yazarü dinlər,Həq lütf ilə yarlığasun ani.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов