Hüsnün çəməni-xubdən, ey sərvü sənubər!Ta aldadı beydəq,Bu möhnətə tab eyləməyib mehri-münəvvər,Asıldı müəlləq.Mehrabə tutub ruyi edər səcdə ki, zahid,Taət deyil əzmi.Əbruylərin yadı ilə başını, dilbər,Dögər yerə təq-təq.Şahbaz gözün guşeyi-əbruyi-lətifinSərmənzil edibdir.Bu dəğdəğədən ayda çalar çərxi-kəbutər,Öz köksünə dirnəq.

Etmişmi iki nimə məhi-bodri-nigarıBini, əlif-asa,Ya möcüzeyi-tazədir əngüşti-peyəmbərQılmış qəməri şəqq?Öz pəstim ilə, mucibi-balayi-MəshiSordum sənəmimdən.Tünd oldu, dedi: adəti-diirndən çakər,Kim qəlbi, kim olçəq,Dil mürğünü bir qəmzeyi-məstin, iki çeşmin,Hərçənd tutublar,Qorxum burasıdır, qıracaq bir-birini onlar,Bir seyd, üç ortəq.Göstərmə üçün Zakirə, Allahı sevərsən,Qovğayə düşərsən,Divanələrin adətidir gördüyün istər,Bibak olur əhməq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов