Ol sərv bu gün seyri-gülüstan edəcəkdi
Ol sərv bu gün seyri-gülüstan edəcəkdi,Şi müşkülə düşdü.Cəmiyyəti-gülzarı pərişan edəcəkdi,Fürsət elə düşdü.Ta bidli gəlib xak ilə yeksan edəcəkdi,Rəxnə gülə düşdü.Müğri-çəmənə zülm nümayan edəcəkdi,Va bülbülə düşdü.Hər birinə bir tərzlə divan edəcəkdi,Yüz qülqülə düşdü.Bəzm içrə nişat əhlinin ol mehri-münəvvərSöndürdü çirağın.Ərbabi-tərəb yasə batıb oldu mükəddər,Yandırıdı dəmağın.Mütrib itirib həng nəvasın dəxi bədtər,Çaldı əl-ayağın.Xəm oldu sürahi, tökülüb məclisə sağər,Tərpətdi dodağın.Gördü ki, ləbi-ləlin meyi qan edəcəkdi,Saqi yola düşdü.
Sərgəşteyi-dövran oluram, zülfi-girəhgirHər canib əsəndə.Bir həqqi sevən yoxdu, salıb boynuma zəncir,Çəksin məni bəndə.Mocnunsifət avarə olur danişü tədbirDildarı görəndə.Sirri-dəhənin badi-səba eylədi təqrir,Dün sübh çəməndə.Bu söhbəti qönçə necə pünhan edəcəkdi?Dildən dilə düşüdü.
Məşuqə gərəkdir çəkə üşşaq qəmini,Dostluq ola baqi.Nə inki çala qətli üçün xəncəri-kini,Sürçəndə ayağı.Yox xublərin, tarı bilir, məzhəbü dini,Saf yağıdı, yağı!Geysuyi-müsəlsəl götürüb ləşkəri-Çini,Şəbxun səyağı.Hindü həbəşi qarətü talan edəcəkdi,Sərmənzilə düşdü.Dərdü ələmi-hicri günəş üzlü nigarınAldı məni axır.Dağ oldu cigər, həsrətidən lalə üzarın,Ölmək mənə zahir.Bari-qəmini çəkməyə ol çeşmi-xumarınYox mən kimi mahir.Üzüldü əlimdən ətəyi sevgili yarın,Mundan sora Zakir.Fəryad çəkib naləvü əfğan edəcəkdi,Neylim, belə düşdü!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-ol-serv-bu-gun-seyri-gulustan-edecekdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qələtdir qocaya novcəvan sevmək,Sevgi sevgisinə bərabər gərək.
Könül, baxa-baxa rüxi-zibayəKönül, baxa-baxa rüxi-zibayəGözündə qüvvəti-bəsər qalmamış.
Vəsfi-halYaran, mənimlə baziyi-çərxi-xərifə bax!Mən natəvanə eylə nəzarə, hərifə bax!
Cananə üçün zindəganlıqCananə üçündü zindəganlıq,Cananəsiz ömrdü ziyanlıq,