Əzm etdi səhər naz ilə ol sərvi-dilaraSeyr etməyə bağə.Ta yetdi xəbər, əhli-çəmən oldu mühəyyaYeksər bu sorağə.Şəbnəmbirlə yüz göz açıb hər çiçək əmda,Keçdi solü sağə.Rüxsarına öncən edim deyə tamaşa,Gül çıxdı budağə.Payinə nisar etmək üçün laleyi-həmraDürr götdü tabağə.Sərməst gözün görcək özün nərgisi-şəhla,Bənzətdi naşağəPişvazına şimşadü sənubər, dəxi tubaDik durudu ayağə.Tutdular o şahi-şərafin cümlə sərapaYolunu çirağə.Hər birisi bir töhvə ilə yeksərü yekcəDaşlandı qabağə.Kimdir ki, nisar eyləməyə varını, aya,Ha böylə qonağə?

Xacə, belə sövda, belə bazar ələ düşməzForş eylə dükanı.Bu saqiyi-sadə, meyi-gülnar ələ düşməzTut rast, nəvanı.Həm mütribü hey, çəngü dəfü tar ələ düşməzTut rast, nəvanı.

Dünyada həyatın nə qədər var ələ düşməz,Sür eyşi-cəvanı.Çün dövr müxalifdi digərbar ələ düşməz,Çaldır aşuranı.Ver şüğlünü şəhnazə ki, zinhar ələ düşməz,Çək övcə sədanı.Dügah, segah iç meyi, təkrar ələ düşməz,Gərm eylə həvanı.Hicazü-səfabəxş, xoşətvar ələ düşməz,Çün əhli-Aranı.Axtarmaq ilə mövsümi-gülzar ələ düşməz,AzərbecanıHicazü Nişaburo onu eyləmə həmta,Həm mülki-İraqə.

Dil dəfi üçün tiğ çəkib qaş iki yandan,Canım ona qurban.Hind əhlidən uymuş ona ovbaş iki yandan,Qarətgəri-iyman.Minnət çəkirəm doğrayalar kaş iki yandan,Qətlim ola asan.Ey dil, səfər et kuyinə, tök yaş iki yandan,Gözdən elə tufan.Şayəd ki, nihan sirrin ola faş iki yandan,Həm giryə, həm ofğan.Düşsün roqibin başına qoy daş iki yandan,Ol dilbərə mehman.Aç bəndi-qəbasın, elə pərxaş iki yandan,Qıl cismini üryan.Gör səfhəyi-sədrndə verib baş iki yandan,Yəni iki püstan.Quc incə miyanın belə, sarmaş iki yandan,Al kami-dilü can.Küstaxlıq oldu, mənə düşməzdi bu əsla,Endim çox aşağə.

Dön başına, yalvar, gileyi var isə səndən,Al dərdü bəlasın.Düş payinə, üzr istə, qərəz, sədri-səmandənQoy sülh binasın.Bir qat oturuban ona şərh et hələ gəndən,Firqət macərasın,Səriştəyi-təqrirə gətir nəqli-kühəndən,Gör meylü həvasın.De söylo, xülasə, o qədor könli sevəndən,Saz eylə arasn.Əfsun ilə nagah əl atıb hüsni-həsəndən,Tut zülfi-dütasın.Al kami-dilin ləli-ləli-qonçədəhəndən,Sor şəhdi-səfasın.Ondan sora köksünü çıxart gül pirəhəndən,Çak eylə yaxasın.Bir hiyləyi-heyrong ilə nəsrin bədəndən,Soy cümlə libasın,Üryan özünü bağrına bas onları ammaAt əndək iraqə.

Zakir, tələvi rüfət ilə olma didərgun,Ver halına təğyir.Hər vəqt qəmi-dəhr səni etsə cigərxunAşüftəvü dilgir.İç saqiyi gülçöhrə-əlindən meyi-gülgun,Heç eyləmə təqsir.Bir vasitədir dəfi-qəmi-dəhrə bu məcun,Hacət dögü təqrir.Ol vəchdən eylərlər ona rəğbəti-əfzun,Həm növrəsü həm pirKim, birdir onun bəzmi ara müflisü Qarun,Nə fərq, nə tovfir.Gördüm yazılıbdır qədəh üstündə bu məzmunKim, badədir iksir.Feyzindən olur zar goda, sahibi-milyon,Həm şahi-cahangir.

Gər cəm oluban eyləyə Loğmanü FələtunYüz fikr ilə tədbir,Bir çarə meyi-nabdən özgə dəxi qətaYox dərdi-fəraqə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов