Ömür keçdi, insaf elə, sevdiyim,Nə müddətdi dərdü möhnət çəkərəm.Hər kəs öz yarını çəkib yanına,O ki mənəm, elə həsrət çəkərəm.

Bahar fəsli el şad olur sərasər,Hərgiz məndən özgə yoxdu mükəddər.Nəkhəti-zülfünü nəsimi-səhərGətirsə, ziyadə minət çəkərəm.

Gül ilə həmzəban olubdu bülbül,Açılıb bənövşə, yasəmən, sünbül.Dolanıb başına, mürüvvət degülBu qədər ki, sonsuz xiffət çəkərəm.

Mey içir gülşəndə məşuqə aşiq,Mən qalmışam təkü tənha, nə layiq?Bir para dərdimi bilir xəlayiq,O ki, bir parasın xəlvət çəkərəm.

Qoyubsan könlümü cövrü cəfadə,Gözüm yollardadır, əlim duadə.Şikəstə Zakirəm, ruzi-cəzadəBu qisası səndən, əlbət, çəkərəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви