Üzünü görsə əgər gərblər iymanə gəlir
Üzünü görsə əgər gərblər iymanə gəlir,Küfrdən əl götürüb, rahi-müsəlmanə gəlir.
Baxmasınmı sənə ayinəvü həm abi-rəvan,Aparır feyzi-bədən, hər ikisi canə gəlir.
Gün sərasimə səri-kuyuna ilğar gecədən,Necə bir qul duruban xidməti-sultanə gəlir.
Düşmək istər şəmi-rüxsarına zülfi-siyəhin,Bəxtinin qarəliyin gör, oda pərvanə gəlir.
Xət bu məzmun iləndir dövri-ləbində, guya,Ləşkori-hind tutub Rumi, Bədəxşanə gəlir.
Zindəganlıq mənə düşvardır ondan sonra,Bar-ilaha, mənə gəlsin, nə ki, cananə gəlir!
Qorxuram Zakiri hicrin qəmi bir halə sala,Gören adəm deyə “vay-vay!.. budu divanə gəlir”.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-uzunu-gorse-eger-gerbler-iymane-gelir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hüseyn bəyə həcv*Var özgə vilayətdə də tək-tək köpək oğlu,
Vücudi-lətifin, ey taci-sərimCəfərqulu xana*Vücudi-lətifin, ey taci-sərim,
Nəzminin cavabın, ey taci-sərimCəfərqulu xana*Nəzminin cavabın, ey taci-sərim,
Nuşirəvanü Hatəmi Qanuni dəhrdəHəcv*Nuşirəvanü hatəmü Qanuni dəhrdə,