Alaq otu hardan çıxdı?
Gülüm, qaratikan bitdi,İki gülün arasında.Alaq otu hardan çıxdı,Cüt sünbülün arasında?
Neçə dağlar, dərələr var,Haraylar var, nərələr var.Qarlı dağlar, dərələr var,İçlə çölün arasında.
Yanaq zərin içindədi,Buxaq tərin içindədi.Tül məxmərin içindədi,Məxmər tülün arasında.
Oynadım məxmərlə, tüllə,Açıldım hər açan güllə.Sevgi durur o könüllə,Bu könülün arasında.
2000, 6 mart
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-alaq-otu-hardan-cixdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Mən sizi bir daha görə bilməsəm,Xatirəmi əziz saxlayın, dağlar,
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Gəldi-getdiEy kamalı kamil olan ariflər,Dünyaya nə qədər var gəldi-getdi,
Dövri-rüxsarına geysuyi-pərişan düzülübDövri-rüxsarına geysuyi-pərişan düzülüb,Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?!