Günəşin doğan çağıqarşıma mələk çıxıb,Nə mübarək səhərdi,nə gözəl sabahdı bu.Hardan bildi bu yerdənşair gəlib keçəcək,Bəlkə xəbər verən var,sirrimdən agahdı bu?

O yetən kamilliyəheç bir gözəl yetişməz,Bahadı, dəyərinəqiymətdə ləl yetişməz,Dindirsən dilə gəlməz,uzatsan əl yetişməz,Nə uca taxt sahibi,nə ulu dərgahdı bu.

Xoşbəxtlik kimə bütöv,kimə kəm-kəsir düşür,Bu ilahi gözəllikbəxtə mində bir düşür.Qızların baxışınaoğullar əsir düşür,Burda əsir olmamaq —ən böyük günahdı bu.

Nələr gördü gözümüzbu dünyada, eh... nələr,Gözəllik sərgisindəçox dəyişib səhnələr.Qızlar qarıya dönüb,dəbdən düşüb köhnələr,Təzə çıxıb taxtına,təzə padişahdı bu.

Zirvə Tanrı yanında,kim çatmaya, kim çata,Odur hərəkət verənbu boyda Kainata.Şair gözündə od var,gözəl gözündə xata,Allahdan qorxmasaydım,deyərdim Allahdı bu.

2005, yanvar

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов