Göynədir
Gözdə qəhər olanda,Göz adamı göynədir.Dildə zəhər olanda,Söz adamı göynədir.
Can sınıb söküləndə,Dərd göydən töküləndə,Vədəsiz büküləndəDiz adamı göynədir.
Bəxt dönəndə qaraya,Çatan olmur haraya.Səpiləndə yarayaDuz adamı göynədir.
Qəm nə pis vaxta gəldi,Şah oldu, taxta gəldi.Elə ki, şaxta gəldi,Buz adamı göynədir.
Kədəri atmaq olmur,Ömrü yaşatmaq olmur,Əlliyə çatmaq olmur,Yüz adamı göynədir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-goynedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
UrmuYurdumu bürüyüb cəlalın, Urmu,Bundan artıq nədir xəyalın, Urmu?
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.