Xoşbəxtəm
Bu gecə dünyanın ən xoşbəxtiyəm,Bulaq bir yanımda, çay bir yanımda.Təbiət nazımla oynayır mənim,Ulduz bir yanımda, ay bir yanımda.
Həyat hər insana bir həvəs verir,Od ürək, od baxış, od nəfəs verir.Dinirəm, səsimə çöllər səs verir,Sükut bir yanımda, hay bir yanımda.
Dağlar nə möhtəşəm, nə vüqarlıdır,Zəlimxan, kainat necə varlıdır.Ətək çiçəklidir, zirvə qarlıdır,Qış bir yanımdadı, yay bir yanımda.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-xosbextem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Gördükcə tökülən haqsız qanları,Qandan zövq alan bu heyvanları,
Bizim bayramHər il bu bayramın adı gələndəAl geyib bəzənir bizim Vətən də.
Qıldı həngami-səfər sərvi-xuramanım vidaQıldı həngami-səfər sərvi-xuramanım vida,Vəqtidür qılsa təni-dilxəstəni canım vida.
Qəzəl: Raze mən bər xəlq əyan şodراز من بر خلق عیان شد حیف حیفاشکم از دیده روان شد حیف حیف