Kim sağaldar
Bu evləri kim dağıtdı,Kim uçurdu barısını?Kim ağlatdı bu evlərin,Qocasını, qarısını?
Əlacını axtar, ara,Söz yaralı, xəbər qara.Kim qaytarsın bu dağlara,Çiçəklərin arısını?
Yaman sındı kərən, Allah,Düşdük pərən-pərən, Allah.Kim sağaldar görən, Allah,Qəlbimizin yarasını?
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-kim-sagaldar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Samovar
Bir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
BaxmazQəm ki, doldu bir ürəyə,Üstünə-altına baxmaz.
Fəsli bahar gəldi, könül, künci-bağ tutFəsli bahar gəldi, könül, künci-bağ tut,Möhnət bizi ayaqladı, bir dəm əyağ tut.